Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında artım
2017-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 1 milyon 57 min manat sığorta haqları hesablanmışdır.
"Marja" xəbər verir ki, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. 2016-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 412 min 796 manat sığorta haqları toplanmışdı.
Cari ilin 5 ayında kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödənişlər 846 min 120 manat olub. 2016-cı ilin yanvar-may ayları ərzində bu növ üzrə ödəniş olmamışdı.
2017-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 1 milyon 142 min 205 manat sığorta haqları hesablanıb. Bu, məbləğ ötən ilin anoloji dövrü ilə müqayisədə azdır. 2016-cı ilin yanvar-may ayları ərzində bu növ üzrə hesablanmış sığorta haqları 1 milyon 215 min 996 manat olmuşdu.
Müqayisə olunan dövrdə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənişlər 229 min 678 manatdan 153 min 252 manata geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
1 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
-
2 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
2 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
4 saat əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
-
4 saat əvvəl
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
-
5 saat əvvəl
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
-
5 saat əvvəl
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
Ən çox oxunanlar
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Azvak.az-da yeni iş elanları
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
























