Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Paytaxt ərazisində daha dörd marşrut xətti üzrə avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.

Marja xəbər verir ki, İyulun 1-dən Yeni Yasamal yaşayış massivini M.F.Axundov adına bağla (Bünyad Sərdarov küçəsi) əlaqələndirən 77 nömrəli və Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdiriləcək.

Reklam_3_11

77 nömrəli marşrut xəttində 20, 91 nömrəli marşrut xəttində isə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.

Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

İş elanları AzVak.az-da

Həmçinin Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı ("Çinar-Trans" MMC) xəttin istismarını həyata keçirəcək.

214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN təşkil edəcək. 

30.06.2026 16:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19