Cabbarov Qətərdə bir sıra görüşlər keçirib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qətərdə bir sıra görüşlər keçirib.
Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar, Azərbaycan-Qətər əməkdaşlığının sürətlə inkişaf etdiyi, yüksək səviyyəli səfərlərin əlaqələrin genişlənməsində önəmi vurğulanıb. İqtisadiyyat naziri bildirib ki, ölkələrimiz arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var və bu baxımdan, birgə layihələrin və təşəbbüslərin icrası xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlığın gələcək inkişaf perspektivləri qeyd olunub.
Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Azərbaycan və Qətər arasında dostluq əlaqələrini, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər iki ölkə arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qətər Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti Qətərə səfər çərçivəsində bu ölkənin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə müzakirələr aparıb. Bildirilib ki, ticarət əməkdaşlığı ikitərəfli əlaqələrin əsas istiqamətlərindəndir. Görüşdə Azərbaycanın qeyri-neft məhsullarının Qətər bazarlarına çıxarılması perspektivlərinin daha geniş olduğu və ticarət əlaqələrinin şaxələndirilməsinin xüsusi önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əlverişli biznes mühiti, güclü nəqliyyat-logistika potensialı, Bakı Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının imkanları bu məqsədə nail olunmasında əsas stimulverici amillərdəndir.
Tərəflər iki ölkə arasında ticarətin genişləndirilməsi, investisiya, nəqliyyat, enerji, sənaye, kiçik və orta biznesin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.
Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Mansur bin Ebrahim Al Mahmud ilə görüşdə Azərbaycanın səmərəli investisiya mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkəmizin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşdiyi və tranzit “hab”a çevrildiyi diqqətə çatdırılıb və Qətər investorları bu imkanlardan yararlanmağa dəvət olunub.
Görüşdə ölkələrimizin iqtisadi əlaqələrinin gücləndirilməsi, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan İnvestisiya Şirkəti ilə birgə sərmayələrin təşviqi, bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb, qarşılıqlı investisiyaların artırılmasının digər sahələrin inkişafına töhfə verəcəyi vurğulanıb.
Qətərə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bu ölkənin Ticarət və Sənaye Palatasının nümayəndələri ilə də görüşüb. Tədbirdə ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi təşəbbüslərindən məmnunluq ifadə olunub. Qeyd olunub ki, Qətərin Ticarət və Sənaye Palatası ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin təşkili işgüzar dialoqun inkişafına, yeni layihələrin icrasına stimul verə bilər. Qeyd olunub ki, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur, iş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır. Vurğulanıb ki, Qətərdə açılan Azərbaycan Ticarət Evi, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qətər Ticarət və Sənaye Palatası arasında Birgə Biznes Şurasının yaradılması barədə Saziş imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Ali bin Abdullatif Al Mesned imzalayıblar. Sazişdə Azərbaycan və Qətər arasında iqtisadi-ticarət əlaqələrininin gücləndirilməsi məsələləri əks olunub.
“Baladna Food Industries” şirkətinin rəhbəri Ramez Al Xayyat ilə görüşdə müəssisənin fəaliyyəti barədə məlumat verilib, Azərbaycana investisiya yatırmağa maraq ifadə olunub, birgə layihələrin icrası imkanları müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"




















