970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib

AzVak-mobil_resmin_ustu_31
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bu gün Bakı Fond Birjasında PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilib.

24 iyun 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) baş tutan bu tədbir PAŞA Bankın kapital bazarlarındakı yolunun növbəti mərhələsini simvolizə edib və maliyyə ictimaiyyətinin geniş nümayəndə heyətini bir araya gətirib. 

Mərasimdə PAŞA Bank İdarə Heyətinin sədri və baş icraçı direktor Cavid Quliyev, PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov, PAŞA Maliyyə Holdinqin baş icraçı direktoru Fərid Məmmədov, BFB İdarə Heyətinin sədri Ruslan Xəlilov, PAŞA Kapital İdarə Heyətinin sədri İsi Mustafayev, eləcə də maliyyə və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

PAŞA Bank İdarə Heyətinin sədri və baş icraçı direktor Cavid Quliyev:

“Bu gün PAŞA Bank üçün tarixi bir gündür. Azərbaycanın ilk özəl bank IPO-u uğurla tamamlayaraq səhmlərimizin Bakı Fond Birjasında yerləşdirilməsinin uğurla yekunlaşması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilir. 18 mindən çox investorun etibarını qazanmaq, təklif həcmini üstələyən tələbi görmək - bütün bunlar təkcə bankımıza deyil, Azərbaycanın kapital bazarlarına olan güclü etimadın ifadəsidir. İnanıram ki, bu addım gələcəkdə yeni şirkətlərin bazara çıxması üçün uğurlu bir nümunə olacaq və ölkədə investisiya mədəniyyətinin inkişafına zəmin yaradacaq”.

PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov:

“PAŞA Bankın kapital bazarlarına çıxışı uzunmüddətli strateji düşüncənin, şəffaflığa və korporativ idarəetməyə olan dərin bağlılığın təntənəsidir. 18 mindən çox investorun bu prosesə qoşulması özəl sektorun gücünə və inkişaf potensialına olan etimadın açıq sübutudur. Biz bu addımı yalnız bankın inkişafı prizmasından deyil, Azərbaycan iqtisadiyyatının dayanıqlı gələcəyi baxımından dəyərləndiririk. Əminəm ki, bu IPO ölkənin maliyyə sisteminin yetkinliyini nümayiş etdirən və kapital bazarımızın potensialını regiona tanıdan bir hadisə kimi tarixə düşəcək”.

Tədbir zamanı PAŞA Bankın baş maliyyə inzibatçısı Murad Süleymanov IPO-nun nəticələri barədə məlumat verib.

Qeyd edək ki, 19 iyun tarixində Bakı Fond Birjasında PAŞA Bankın səhmlərinin ilkin kütləvi təklifinin (IPO) yerləşdirilməsi uğurla yekunlaşıb. Bakı Fond Birjasının Listinq Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarına əsasən Bankın səhmləri ticarətə icazə verilib və emissiya çərçivəsində nəzərdə tutulan 932 926 ədəd sənədsiz adlı adi səhmin yerləşdirilməsi tamamlanıb.

PAŞA Bank fəaliyyətində qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas strateji prioritetlərdən biri kimi müəyyən edib. Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə fəaliyyət göstərən Bank, müştəri ehtiyacları ətrafında formalaşdırılmış həllər və dayanıqlı inkişaf yanaşması ilə regionda biznesin etibarlı tərəfdaşlarından biri kimi çıxış edir.

24.06.2026 15:49
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19