"Bakı Ayaqqabı -2"nin icarədən gəliri azalıb
"Bakı Ayaqqabı - 2" ayaqqabı istehsalından deyil, əsasən əmlakının icarəsindən gəlir əldə edir.
"Bakı Ayaqqabı-2" ASC 2021-ci ili 296 min 448 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 110 min 303 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Bakı Ayaqqabı -2"nin xalis mənfəəti 2,7 dəfə artıb.
Marja.az xəbər verir ki, "Bakı Ayaqqabı -2" ASC əsasən əmlakının icarəsindən gəlir əldə edir. 2020-ci ildə icarə gəliri 407 min 368 manat ikən, 2021-ci ildə 381 min 641 manata düşüb (6,3% azalıb).
Ötən il əmlakının yenidən qiymətləndirilməsi nəticəsində "Bakı Ayaqqabı -2"nin 220 min manat gəliri yaranıb. "Bakı Ayaqqabı - 2"nin investisiya əmlakının yenidən qiymətləndirilməsindən gəliri 2020-ci ildə 19 min 454 manat, 2019-cu ildə 278 min manat təşkil etmişdi.
Xalis mənfəətin artmasının səbəbləri yenidən qiymətləndirilmə gəliri və əməliyyat xərclərinin azalmasıdır.
31 Dekabr 2021-ci il tarixində "Bakı Ayaqqabı - 2" ASC 7 milyon 983 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 7 milyon 684 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 d. əvvəl
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
17 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
17 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 17 saat əvvəl
-
19 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

AzMDF-in anbarı yanır

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
Ən çox oxunanlar

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib
