Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) üzvük bazası genişlənməyə davam edir. “MFX-Trading İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti AKBA üzvlüyünə qəbul olunub.
AKBA-nın yaydığı məlumatda bildirilir ki, “MFX-Trading İnvestisiya Şirkəti” ASC Azərbaycan Respublikasının müvafiq lisenziyası əsasında fəaliyyət göstərən peşəkar investisiya qurumudur. Şirkətə investisiya şirkəti fəaliyyətinə dair müddətsiz lisenziya 19 oktyabr 2020-ci il tarixində təqdim edilmişdir. Şirkət fərdi və institusional investorlara qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarında geniş xidmət spektri təqdim edir.
Şirkətin missiyası etibarlılıq, dürüstlük və şəffaflıq prinsiplərinə əsaslanaraq investorlara peşəkar və məsuliyyətli xidmət göstərmək, uzunmüddətli etimada əsaslanan tərəfdaşlıqlar qurmaqdır. Vizyonu isə ölkədə və regionda innovativ həlləri və etibarlılığı ilə seçilən aparıcı investisiya şirkətlərindən birinə çevrilməkdir.
"Məmnuniyyətlə qeyd edirik ki, dəyərli “MFX-Trading”in də AKBA üzvlüyünə qoşulması ilə ölkədə investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan bütün şirkətlər artıq Assosiasiyada təmsil olunur. Bu mühüm addım kapital bazarlarında institusional əməkdaşlığın gücləndirilməsi və sektor iştirakçıları arasında vahid platformanın formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 52 d. əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)






.jpg)





