AmCham Azərbaycanın ilk qadın prezidenti seçildi
2 mart 2022-ci il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Direktorlar Şurası və Prezidentliyinə seçkilər keçirilib.
AmChamAzərbaycanın yaydığı məlumatda bildirilir ki, seçkilərin nəticəsinə əsasən Nərgiz Nəsrullayeva-Müdüroğlu AmCham Azərbaycanın ilk qadın prezidenti seçilib.
Məlumatda qeyd edilib ki, Nərgiz Nəsrullayeva-Müdüroğlu dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışmış və 25 illik təcrübəyə malikdir. O, Harvard Kennedi Məktəbinin məzunudur. Xanım Nəsrullayeva-Müdüroğlu Landmark Biznes Mərkəzini təmsil edir. O, həmçinin 45 milyard dollarlıq aktivi olan Azərbaycan Dövlət Neft Fondunun (ADNF) icraçı direktorunun müşaviri vəzifəsində çalışır. ADNF tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi yolu ilə ölkənin makroiqtisadi sabitliyinin qorunub saxlanmasını hədəfləyən qurumdur.
Xanım Nəsrullayeva-Müdüroğlu dövlət sektorunda fəaliyyətə başlamazdan öncə 11 il AmCham Azərbaycanın İcraçı direktoru vəzifəsində çalışıb. Bu illər Palatanın inkişafında mühüm rol oynamışdır. Belə ki, həmin dövrdə Palatanın üzvlərinin sayı 90 şirkətdən 300-ə çatmış, üzvlər üçün xidmətlərin dairəsi genişlənmiş və inkişaf etmişdir. Bundan əlavə, o, Palatanın siyasətini və qanunvericilik işini gücləndirərək AmCham Azərbaycanı biznesin real səsi və ölkənin iqtisadi inkişafında müsbət qüvvəyə çevirməyə nail olmuşdur.
Yaxşı işgüzar nüfuza malik Palata üzvlərinin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi seçkilərin nəticəsinə əsasən aşağıdakı şəxslər növbəti iki il müddətinə (2022-2024-cü illər) AmCham Azərbaycanın Direktorlar Şurasına seçilmişlər:
AmCham prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Landmark Biznes Mərkəzi
Şahin Məmmədov, PASHA Holdinq
Zaur Allahverdizadə, BAKER HUGHES
Dəyanət Sədullayev, PMD Group
Rəna Məmmədova, COCA-COLA
Teymur Mahmudov, SOCAR
Elnarə Məmmədova, BP
Kənan Tabasaranski, Smart Solutions Group
İlqar Mehti, EKVITA
Bəxtiyar Axundov, MOL Azərbaycan
Qeyd edək ki, AmCham Azərbaycan 1996-cı ildən ölkədə fəaliyyət göstərir və hazırda ölkədəki xarici investisiyaların 80%-dən çoxunu təmsil edən 250 üzv şirkəti özündə birləşdirir. Palata hökumətlə özəl sektor arasında körpü rolunu oynayır və müvafiq dövlət qurumları ilə davamlı konstruktiv və nəticəyönümlü dialoq aparır. Palata üzvlərinin biznes maraqlarını təşviq edir və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
2 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
4 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
4 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
5 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)
.jpg)








.jpg)






