Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi

ABŞ Ali Məhkəməsi “Roundup” adlı preparatın xərçəngə səbəb olduğu iddiası ilə açılan məhkəmə işində Bayer-in satın aldığı Monsanto şirkətinin xeyrinə qərar verib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ Ali Məhkəməsi tərkibində qlifosat olan “Roundup” adlı kənd təsərrüfatı preparatının xərçəngə səbəb olduğu iddiası ilə açılan məhkəmə işində Almaniyanın dərman və kənd təsərrüfatı kimyəviləri şirkəti Bayer-in satın aldığı Monsanto-nun xeyrinə qərar çıxarıb.

Marja xəbər verir ki, məhkəmə Bayer-in 2018-ci ildə tərkibinə qatdığı Monsanto tərəfindən istehsal olunan “Roundup”la bağlı açılmış “Durnell” işi üzrə hökmünü açıqlayıb.

Ali Məhkəmə 2-yə qarşı 7 səs çoxluğu ilə qəbul etdiyi qərarda Federal İnsektisid, Funqisid və Rodentisidlər haqqında Qanununun (FIFRA) ştat qanunlarına əsaslanan “xəbərdarlıq öhdəliyinin pozulması” iddialarını qüvvədən saldığına hökm edib.

Məhkəmə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məhsul təhlükəsizliyi çərçivəsində xərçəng xəbərdarlığını məcburi hesab etmədiyini bildirib. Bu səbəbdən ştat məhkəmələrinin federal tənzimləmələrlə ziddiyyət təşkil edəcək şəkildə əlavə etiketləmə öhdəlikləri tətbiq edə bilməyəcəyinə qərar verən Məhkəmə şirkətin xeyrinə hökm çıxararaq aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.

İddiaçı Con Durnell Monsanto-nun istehsal etdiyi “Roundup”dan təxminən 20 il istifadə etdiyini və məhsulun onda xərçəng xəstəliyinə səbəb olduğunu iddia etmişdi.

Durnell şirkətin məhsul etiketində xərçəng riski ilə bağlı xəbərdarlığa yer verməməklə səhlənkarlığa yol verdiyini irəli sürmüşdü. Missuri ştatındakı məhkəmə jürisi Durnell-in xeyrinə qərar verərək 1,25 milyon dollar təzminat ödənilməsinə hökm etmiş, ştatın apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlamışdı.

Bayer-in açıqlamasında Ali Məhkəmənin qərarı elm, fermerlər və innovasiya üçün tənzimləyici aydınlığa ehtiyac olan sektorlar baxımından müsbət inkişaf kimi qiymətləndirilib.

Açıqlamada qərarın təxminən 10 ildir davam edən “Roundup” məhkəmə işlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa kömək edəcəyi bildirilib. Mövcud “xəbərdarlıq çatışmazlığı” əsaslı iddialar üzrə işlərin ləğv olunmasının və gələcəkdə oxşar iddialarla yeni məhkəmə işlərinin açılmasının qarşısının alınmasının gözlənildiyi qeyd edilib.

Monsanto “Roundup” adlı kənd təsərrüfatı preparatını ilk dəfə 1974-cü ildə bazara çıxarıb.

Bayer 2018-ci ildə Monsanto-nu 63 milyard dollarlıq razılaşma ilə satın aldıqdan sonra “Roundup”ın xərçəngə səbəb olduğu iddiaları ilə ABŞ üzrə açılan məhkəmə işləri ilə üzləşmişdi.

Şirkət fevral ayında mövcud və gələcək “Roundup” təzminat tələblərini yekunlaşdırmaq məqsədilə 7,25 milyard dollarlıq razılaşma planını açıqlamışdı.

26.06.2026 16:23
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19