İran bankının Bakı filialının riskləri artıb - EHTİYATA 6 DƏFƏYƏ YAXIN DAHA ÇOX AYIRMA EDİB
"Bank Melli İran" Bakı filialı 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 963 min 855 manat xalis mənfəət ilə başa vurub, buda ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur. Filial ötən ilin eyni dövrünü 898 min 730 manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, 2021-ci ilin 9 ayında "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2 milyon 585 min 659 manat (+33,2%), haqq və komissiya gəlirləri 139 min 593 manat (+31,6%), xarici valyuta əməliyyatları üzrə gəlirlər 568 min 619 manat (+67,8%) təşkil edib. Ötən ilin eyni dövründə filialın faiz gəlirləri 1 milyon 940 min 314 manat, haqq və komissiya gəlirləri 105 min 998 manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər 338 min 804 manat təşkil etmişdi.
Bu il "Bank Melli İran" Bakı filialı aktivlər üzrə ehtiyatların yaradılmasına 876 min 838 manat ayırıb Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə çoxdur (Filial ötən ilin 9 ayında ehtiyatlara 153 min 537 manat ayırmışdı). Ayırmanın artması aktivlər üzrə (depozitlər və krditlər) risklərin artdığna işarədir.
Ötən ilin sonu ilə müqayisədə "Bank Melli İran" Bakı filialının müştərilərə verdiyi cəmi kreditlər 4 milyon 715 min 237 manat və ya 90% artaraq 9 milyon 937 min 66 manata çatıb.
Cari ilin 9 ayı ərzində Filialın cəmi aktivləri 4,2% azalaraq 53 milyon 81 min 522 manata düşüb (ötən ilin sonunda 55 milyon 386 min 432 manat təşkil etmişdi). Azalma əsasən qiymətli kağızlara investisiyaların 30,2% azalaraq 15 milyon 662 min 546 manata geriləməsi ilə əlaqədardır.
"Bank Melli İran" Bakı filialına 73 milyon 611 min manat nizamanmə kapitalı yatırılsa da yığılmış 35 milyon 268 min manat zərərə görə məcmu kapitalı aşağıdır. 30 Sentyabr 2021-ci il tarixində "Bank Melli İran" Bakı filialı 56 milyon 1 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradırlar. Qaydalara görə, standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar adi, qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar məqsədli ehtiyatlar hesab edilir. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir. Ödəmə vaxtı 90 günədək keçmiş aktivlər (kreditlər) qənaətbəxş, gecikmə bu müddəti aşdıqda isə qeyri-qənaətbəxş hesab edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
9 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
9 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
10 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
10 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım

























