“PAŞA Bank” və “Code Academy”nin əməkdaşlığı çərçivəsində “Peşəkar Yetişdirmə Proqramı” başa çatıb
10 nəfərdən çox məzun artıq “PAŞA Bank”-ın fərqli İT şöbələrinə, o cümlədən Rəqəmsal Mühəndislik şöbəsinə işə qəbul olunub.
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və rəsmi təhsil lisenziyalı innovativ tədris mərkəzi Code Academy-nin gənclərin peşəkar inkişafının dəstəklənməsi yönündə olan birgə fəaliyyəti nəticəsində həyata keçirilən xüsusi tədris proqramı yekunlaşıb.
Bankın yaydığı məlumata görə,, avqust ayının 31-də “Peşəkar Yetişdirmə Proqramı” (PYP) adlı layihənin final tədbiri baş tutub.
May ayında başlanmış layihə istedadlı kadrlar üçün yeni bilik və bacarıqların, gələcək peşəkar karyera imkanlarının genişləndirilməsinə yönəlmişdir. “Front-end developer” və “back-end developer” ixtisasları üzrə 3 ay davam etmiş intensiv tədris proqramlarına ümumilikdə 30 namizəd seçilmişdir. PYP təhsilini dərəcə ilə başa vuran 10 nəfərdən çox məzun artıq “PAŞA Bank”-ın fərqli İT şöbələrinə, o cümlədən Rəqəmsal Mühəndislik şöbəsinə işə qəbul olunub.
Tədbir iştirakçılarına hədiyyə və sertifikatların təqdim edilməsi mərasimində iştirak edən PAŞA Bankın nümayəndələrinin qeyd etdiyi kimi, bu cür xüsusi layihələri həyata keçirməklə istedadlı gənclərə dəstək verilməsi, onların praktiki təcrübələrinin artırılması Bankın əsas hədəflərindən biridir. Bu məqsədi rəhbər tutaraq Bank, İT və proqramlaşdırma sahəsində təhsil alan gəncləri bir araya gətirən müxtəlif miqyaslı layihələri davamlı şəkildə həyata keçirir.
Qeyd edək ki, İT seqmenti və rəqəmsal bankçılıq sahəsində trendləri müəyyənləşdirən “PAŞA Bank” maliyyə texnologiyaları sənayesində baş verən yenilikləri və ən son təcrübələri ölkəmizdə daha əlçatan etməyi hədəfləyir. Belə ki, bu il də “PAŞA Bank” tərəfindən gənc istedadlar üçün bir neçə tədris proqramı və yarışlar, o cümlədən “PASHA Bank CUP” layihəsi, “Learning Sessions” təlimləri, “FinTech Founders Bootcamp” və s. peşə tədbirləri həyata keçirilib.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
Son Xəbərlər

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

LC Waikiki-nin sədri: "Çətin bir dövrdən keçirik"

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb

Milyarder Cef Bezosdan 2045 proqnozu
Ən çox oxunanlar

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
