“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Sosial şəbəkələrdə bir məcburi köçkün vətəndaş tərəfindən paylaşılan videoda “Kristal” şirkətinin məhkəmə yolu ilə onların yaşadığı evi əlindən aldığı və ailəni ərazidən çıxarmaq istədiyi iddia olunur. Vətəndaş paylaşımında ona təqdim olunan şərtlərlə razılaşmadığını bildirib.
Məsələ ilə bağlı “Kristal” rəsmi açıqlama yayaraq yayılan məlumatların reallığı tam əks etdirmədiyini qeyd edib.
Açıqlamada bildirilir ki, sözügedən ərazidə hazırda 5 ailə yaşayır və onlarla dəfələrlə görüşlər keçirilib. Şirkət tərəfindən yaşayışa yararlı tikililərə görə sahəsi 20% artıq hesablanmaqla mənzillər təklif olunub.
Vurğulanıb ki, istifadəyə yararsız, köməkçi və təsərrüfat tipli tikililərə görə də mənzil tələbi irəli sürüldüyündən razılaşma əldə edilməyib və 2024-cü ilin avqust ayında məsələ məhkəməyə çıxarılıb.
“Kristal” indiyədək həmin ərazidə yüzlərlə ailəni təmirli mənzillərlə təmin etdiyini, köməkçi tikililərin isə qiymətləndirilərək müvafiq vəsait ödənildiyini bildirib. Şirkət əlavə edib ki, videolarda çaşqınlıq yaratmaq məqsədilə istifadəyə yararsız tikililərin arxa divar hissələri nümayiş etdirilir və proses hazırda hüquqi müstəvidə davam edir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)









.jpg)




