Azərbaycanda ən çox məhkəməyə verilən sığorta şirkətləri hansılardır?
Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda ən çox məhkəməyə verilən sığorta şirkəti Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") olub.
2021-ci ildə bu şirkətə qarşı 167 məhkəmə iddiası qaldırılıb.
Bu, digər sığorta şirkətlərinə qarşı qaldırılan bütün məhkəmə iddialarının sayından təxminən 70% çoxdur. "Azərsığorta"nın fəaliyyətinin demək olar ki, bütün şəhər və rayonları əhatə etdiyini nəzərə alsaq, onun siyahıya liderlik etməsi təbii sayıla bilər.
Məhkəmə iddialarının sayına görə, 2-ci yerdə "Azsığorta" ASC, 3-cü yerdə isə "Atəşgah Sığorta" ASC qərarlaşıb.
Ən az məhkəməyə verilən sığorta şirkətləri isə "Bakı Sığorta", "İpək Yolu Sığorta" və "Xalq Sığorta" ASC-lər olub. Onların hərəsi cəmi 1 məhkəmə iddiası ilə üzləşib.
6 sığorta şirkəti isə ümumiyyətlə məhkəməyə verilməyib. Bunlar bazara yeni daxil olmiş "Meqa Həyat Sığorta" ASC, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti", eləcə də "Azərbaycan Sənaye Sığorta", "Meqa Sığorta", "Naxçıvan Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərdir.
Azərbaycanda sığorta şirkətləri əsasən ödənişi gecikdirmələri və yaxud ümumiyyətlə verməmələri iddiaları ilə məhkəməyə verilir.
№ | Sığorta şirkətləri | Builki məhkəmə iddialarının sayı |
1 | Azərsığorta | 167 |
2 | Azsığorta | 19 |
3 | Atəşgah Sığorta | 18 |
4 | AtaSığorta | 17 |
5 | PAŞA Sığorta | 12 |
6 | Xalq Sığorta | 8 |
7 | Günay Sığorta | 7 |
8 | Qala Həyat Sığorta | 5 |
9 | Qala Sığorta | 5 |
10 | A-Qrup Sığorta | 2 |
11 | Atəşgah Həyat Sığorta | 2 |
12 | Bakı Sığorta | 1 |
13 | İpək Yolu Sığorta | 1 |
14 | Xalq Həyat Sığorta | 1 |
15 | Aqrar Sığorta | 0 |
16 | Azərbaycan Sənaye Sığorta | 0 |
17 | Meqa Həyat Sığorta | 0 |
18 | Meqa Sığorta | 0 |
19 | Naxçıvan Sığorta | 0 |
20 | PAŞA Həyat Sığorta | 0 |
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























