"Zəmanətin aşağı həddi 15 min manatdan 5-10 min manata endirilsin"
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) maliyyə əlçatanlığının asanlaşdırılması, maliyyə resurslarına çıxışın genişləndirilməsi ilə bağlı təkliflər hazırlayıb.
AMFA-nın İdarə Heyətinin üzvü Süleyman Kələşov “APA-Economics”ə bildirib ki, ötən həftə Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin sahibkarla görüşü zamanı maliyyə əlçatanlığı ilə bağlı məsələlər də müzakirə olunub. Onun sözlərinə görə, bu həftə qurumun bu istiqamətdə təklifləri və digər məsələlərin Mərkəzi Bankla yenidən müzakirəsi nəzərdə tutulur.
“Maliyyə əlçatanlığı ilə bağlı təkliflərimiz ondan ibarətdir ki, zəmanət fondunda dəyişiklik edilsin, bir borcalan üzrə zəmanətin aşağı həddi 15 min manatdan 5-10 min manata endirilsin. Bu da öz növbəsində kiçik sahibkarların maliyyə əlçatanlığının artmasına dəstək olar”, - deyə S. Kələşov bildirib.
Qeyd edək ki, zəmanət borcalan kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun borcunun ödənilməsinə dair İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bank qarşısında öhdəliyidir.
S. Kələşov regionlarda kreditləşmə ilə bağlı məsələlərin də müzakirə olunduğunu bildirib.
“Real sektorun maliyyələşməsində problemlər var. Azərbaycanda 15 milyard manatdan çox kredit portfelinin 80%-i Bakı şəhərindədir. Səbəb də bankların risklə bağlı həmin istiqamətdə hərəkət etməməsidir. Zəmanət Fonduna təklif etdiyimiz səlahiyyət verilsə, o bazar daha da inkişaf edə bilər, sahibkarların maliyyə əlçatanlığı asanlaşar.
O qeyd edib ki, 2019-cu ilin dekabr ayına mikromaliyyələşmənin kredit portfeli təxminən 370 mln. manatadək olub.
© APA
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
- 9 d. əvvəl
-
10 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib























