Qızılın qiyməti 5300 dolları da keçdi
Dolların ucuzlaşmasında fasilə yaranmasına baxmayaraq, qızılın unsiyasının qiyməti 5300 dolları keçərək yeni rekord səviyyəyə çatıb.ABŞ Mərkəzi Bankı (FED) 2026-cı ilin ilk iclasında bazar gözləntilərinə paralel olaraq siyasət faizini dəyişməz saxlamaq barədə qərar verib.
Marja xəbər verir ki, 27–28 yanvar tarixlərində keçirilən iclaslardan sonra FED uçot (siyasət) faizini 3,50–3,75 faiz aralığında sabit saxlayıb. İqtisadçıların proqnozu da FED-in faizi dəyişməyəcəyi istiqamətində idi.
FED sonuncu dəfə 10 dekabrda faizini 25 baza bəndi (0,25 faiz bəndi) endirmişdi. Hazırda FED-in siyasət faizi 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədədir.
FED-in faiz qərarından sonra qızılın bahalaşması sürətlənib. Bakı vaxtı ilə saat 23:20-də qızıl 2,3% bahalaşma ilə 5325,97 dollara ticarət olunub.
Geosiyasi gərginliklər və siyasət qeyri-müəyyənliyi qızılın bahalaşmasını dəstəkləyir
ABŞ Prezidenti Donald Trampın İrana doğru ikinci bir donanmanın yola çıxdığını bildirməsindən sonra təhlükəsiz liman aktivlərinə tələbat güclü olaraq qalır. ABŞ siyasəti ətrafında yaranan qeyri-müəyyənlik bu il qızılın bahalaşmasının əsas hərəkətverici amillərindən biri olub. Venesuelaya müdaxilə və Qrenlandiya ətrafında yaşanan gərginliklər qlobal geosiyasi riskləri artırıb.
“Sarı metal” 2026-cı ilin əvvəlindən bəri təxminən 20% bahalaşıb, ötən ildə qeydə alınan güclü artımlardan sonra yüksəlişini davam etdirir.
Dolların zəifləməsi də qızıl və digər metal bazarlarını dəstəkləyib. ABŞ dolları bu həftə son dörd ilin ən aşağı səviyyəsinə enib. Tramp çərşənbə axşamı dolların zəifləməsindən narahat olmadığını bildirib ki, bu da valyutada daha dərin itkilərə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)





