"Bizim çox ambisiyalı planlarımız var"
"Cari ildə başlıca məqsədlərdən biri makroiqtisadi sabitliklə yanaşı, maliyyə sabitliyinin təmin olunmasıdır. Bank sektorunun restrukturizasiyası və prosesin tamamlanmasıdır".
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.
"Lakin AMB həmişəki kimi təkcə sabitlik funksiyası ilə kifayətlənmir. Cari ildə görəcəyimiz ən başlıca işlərdən biri də maliyyə sektorunun inkişafı layihələrinin həyata keçirilməsidir. Bank sektorunun daha dinamik inkişafı, onun real iqtisadiyyata töhfəsinin artırılması, sığorta bazarının genişləndirilməsi olduqca mühüm çağırışdır. Burada xüsusi strateji layihə hazırlanıb icra olunacaq. O cümlədən kapital bazarın rolunun artırılması diqqətdə saxlanılacaq. Bizim çox ambisiyalı planlarımız var. Pul-kredit siyasətinin normallaşdırılması istiqamətində düşünürük. Bu başlıca olaraq inflyasiya hədəflərinə nail olmaqdan asılı olacaq. Çünki bizim əsas hədəfimiz inflyasiya, qiymət sabitliyi, maliyyə sabitliyidir. Bundan asılı olaraq pul-kredit siyasətini normallaşması prosesi davam etdiriləcək", - deyə AMB-nin sədri bildirib.
E. Rüstəmov ödəniş sisteminin müasirləşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini açıqlayıb: "Bizneslə bank arasında onlayn münasibətlərin qurulması mühüm prioritetlərdən olaraq qalır. Növbəti ildə biz "7-24-365 gün" layihəsini başa çatdıracağıq. Bununla da ödəniş sisteminin il ərzində və gün ərzində fasiləsiz işini təmin edəcəyik. Bu, bank sektoru, biznes üçün çox faydalı olacaq. Bu istiqamətdə bir sıra aktiv pilot xarakterli layihələr var. İT və ödəniş sistemləri istiqamətində əhəmiyyətli investisiyalar qoyacağıq. Bunu bank, maliyyə sektoru üçün, biznesə daha yaxşı şərait yaradılması üçün edirik".
© APA
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
- 9 d. əvvəl
-
10 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















