İEA: 2017-ci ilin ilk yarısında dünya neft ehtiyatları 50% azalacaq
2017-ci ilin ilk yarısından dünya neft ehtiyatları 2 dəfə azala bilər. Bu barədə "Bloomberg"in Beynəlxalq Energetika Agentliyinin (EİA) proqnozları əsasında hazırladığı hesabatda deyilir.
Hesabata əsasən, neft ehtiyatlarının azalması ancaq OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələrin dekabrın 10-da Vyanada gündəlik hasilatın 1,76 mln. barel azaldılmasına dair imzaladığı sazişin şərtlərinə tam olaraq əməl ediləcəyi təqdirdə mümkün olacaq. Bu halda 2014-cü ildən etibarən toplanan dünya neft ehtiyatları gündəlik 760 min barel sürəti ilə azalmağa başlayacaq. Bununla da 2017-ci ilin ilk 6 ayında neft ehtiyatları 46% və ya 300 mln. barel azalacaq.
Agentliyin hesabatında həmçinin bildirilir ki, Vyana razılaşmasına əməl olunmaması ilə bağlı risklər də böyükdür. OPEC üçün əsas risk Liviya və Nigeriya kimi hasilatı azaltmaqdan azad olunan ölkələrin hasilatı artırmasıdır. Qeyri-OPEC ölkələri üçün isə əsas riskli ölkə Rusiya sayılır. Belə ki, Rusiya söz verdiyi 300 mln. barel/gün həcmində azalmanı 2017-ci ilin ilk rübünün sonunda tamamlayacağını bildirib.
Lakin, əgər razılaşmaya tam əməl olunarsa EİA-nın proqnozlarına əsasən, dünya neft təklifi tələbdən 400 mln. barel geri qalacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























