Azərbaycandan ABŞ-a köçmək istəyənlər 2 dəfə artdı
Bu il “Greencard” üçün qeydiyyat bir neçə gün öncə - 22 noyabrda başa çatıb.
“Greencard Azərbaycan” şirkətindən verilən açıqlamada qeyd edilib ki, keçən il lotereyada azərbaycanlıların müraciətlərinin sayı 40-50 min nəfər idisə, builki müraciətlər 70-80 min civarında dəyişir. Azərbaycan üçün ayrılan yer sayı isə təxminən 3500-dür.
“Greencard Azərbaycan”dan verilən məlumata əsasən, hər il Azərbaycandan müraciət edənlərdən təxminən 300-500 nəfər “Greencard” qalibi olur (növbəti il bu rəqəmin 700-800 olması gözlənilir).
“Nəzərə alsaq ki, təxminən, hər 100 nəfərdən yalnız biri “Greencard” qazanır, deməli, ayrılan yer üçün müraciət sayı çox azdır. Həmişə olduğu kimi, bu il də müraciət edənlərin əksəriyyəti 18-24 yaş aralığında olan subay gənclərdir”.
“Greencard Azərbaycan” şirkəti noyabrın 20-də qeydiyyatı dayandırıb.
Proqramının nəticələri 15 may 2018-ci il tarixindən başlayaraq elan ediləcək. Qalib olmuş şəxslər 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər.
"Green Card", ABŞ vətəndaşı olmayan insanlara onların həyat yoldaşı və 21 yaşdan aşağı subay uşaqları ilə Amerika Birləşmiş Ştatlarına köçərək ömür boyu yaşamaq və işləmək icazəsi verən rəsmi sənəddir.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
4 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 d. əvvəl
-
-
12 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
17 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb





























