İspaniya bölünür, Avropa qorxu içində
İspaniyada konstitusiya məhkəməsinin qanunsuz elan etməsinə, 20 minə yaxın polisin də 1 həftədir həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünən 2 milyon 260 min katalon müstəqillik səsverməsi üçün səs verib.
"Marja" xəbər verir ki, İspaniya təhlükəsizlik qüvvələri, seçki mərkəzlərinin qapılarını sındıraraq qutuları müsadirə edib. Basqınlara və yağışa baxmayaraq seçki mərkəzlərinin qarşısında gözləyən katalonları da dəyənək, rezin güllə və göz yaşı axıdan qaz ilə dağıtmağa çalışıb. Hadisələrdə, 2-si ağır 761 nəfər yaralanıb. Ağır yaralılardan birinin gözünə rezin güllə dəydiyi, digərinin müdaxilə zamanı ürəyi tutduğu öyrənilib.
Polislə səs vermək istəyən Katalonlar arasında baş verən toqquşmalarda, 11 polis yaralanıb.
"SEÇİCİLƏRİN 73%-İ SƏS VERİLİB"
Kataloniya Muxtar Vilayətinin Sədri Carles Puigdemontin 2 min 315 məntəqənin ,seçicilərin 73%-nin səs verdiyini göstərdiyini deyib.
Puigdemont, hadisələrə münasibət bildirərək "Bu ayıb, İspaniya hökumətinin alnında qara bir ləkə kimi qalacaq" deyib.
Kataloniya hökumətnin sözçüsü Jordi Turull da "Katalonyada əsas hüquqlara qarşı zorakılıq, İsyanyanın deyil, Avropa Birliyinin problemidir. Biz Katalonlar, Avropa Birliyi vətəndaşlarıyıq" deyə bildirib.
Referendumda seçicilərə "Katalonyanın müstəqil bir dövlət olmasını istəyirsinizmi"? sualı verilib. Səslərin "təhlükəsizlik" səbəbilə böyük məxfiliklə sayıldığı bildirilir.
Katalonlar, "Bəli" çıxması vəziyyətində 48 saat ərzində müstəqillik elan edəcəklərini açıqlayıb.
MADRİD: SƏSVERMƏ KEÇİRİLMƏYİB
Madrid isə referendumun baş tutmadığını bildirib. İspaniyanın xarici işlər naziri Sureta Dastis, "Sky News"a, polisin Katalonyada referenduma icazə vermədiyini deyib. Dastis, "Səsvermə olmayıb. Seçki məntəqələri ləğv edilib, bülletenlər də götürülüb. Səsverməni təsdiqləyəcək orqan da yoxdur" ifadəsini istifadə edib. İspaniyanın Baş Nazirinin Müavini Soraya Saenz de Santamaria da "Qeyri-qanuni, antidemokratik, konstitusiyaya zidd bir təşəbbüsün həyata keçirilməsinin heç bir mənası yoxdur. Demokratiya Puigdemonta böyük gəlir. Heç vaxt demokratiyanı anlamadı" deyib.
Referendum təşəbbüsünə Avropa Birliyinin səssiz qalması diqqət çəkdi. Bu səssizlik, Avropa Birliyi ölkələrinin öz ərazilərindəki separatçı təşəbbüslərdən keçirdiyi narahatlıq ilə əlaqələndirilir. Avropa Birliyinin üzvü Fransada Bask və Korsika, İtaliyada Şimal Liqası, Belçikada Flaman bölgəsində müstəqillik tələb edən qruplar var. İngiltərə isə Şotlandiya və Şimali İrlandiya stressi yaşayır.
"ÜMİD EDİRƏM Kİ, BU DƏFƏ BİZİ DİNLƏYƏRLƏR"
İspanyanın Baş naziri Mariano Rajoy, referendumun başa çatdıqdan sonra Hökumət binasında keçirdiyi mətbuat konfransında qanunsuz referendum və çıxan hadisələrin məsuliyyətinin qanunları pozanların üzərində olduğunu deyib.
Rajoy, "Biz məsuliyyətimizi yerinə yetirdik. Hər zaman demişik, amma bizi dinləmədilər. Qanunsuz addımlarından imtina etmələri üçün çox imkanları oldu, ancaq bu imkandan istifadə etmədilər",- deyə bildirib.
Ehtimal olunan bir birtərəfli müstəqillik elanına qarşı da Kataloniya rəhbərliyinə müraciət edən Rajoy, "Ümid edirəm ki, bu dəfə bizi dinləyirlər və səhvlərində israr etməzlər. Onları heç yerə aparmayacaq olan bir yolda yeni addımlar atmazlar", ifadələrini istifadə edib.
Rajoy, Kataloniya böhranını həll etmək üçün İspaniya parlamentindəki bütün siyasi partiyaları görüşə çağıracağını deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 6 d. əvvəl
-
12 d. əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
-
26 d. əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 26 d. əvvəl
- 36 d. əvvəl
-
42 d. əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
1 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
1 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərikard Prosessinq Mərkəzinin açıqlaması
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Kredit sığortasında 50 faizdən çox artım var
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti

























