AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
Bakı–Antalya–Bakı marşrutu üzrə həftədə 21 reys baş tutacaq.
Azərbaycanın milli aviadaşıyıcısı Azərbaycan Hava Yolları (AZAL) yay mövsümündə sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Aviaşirkətin marşrut şəbəkəsində Aralıq dənizi sahillərinə uçuşlar, regional istiqamətlər və vizasız marşrutlar xüsusi yer tutur.
Marja AZAL-a istinadən xəbər verir ki, Antalya, Batumi, Trabzon və İzmir kimi yay istirahəti üçün ən çox seçilən istiqamətlərlə yanaşı, Adriatik sahilinin məşhur kurort şəhərlərindən olan Tivat, eləcə də Şarm əl Şeyx kimi beynəlxalq turizm mərkəzləri də sərnişinlərin üstünlük verdiyi marşrutlar sırasında yer alır. AZAL-ın yay mövsümü üzrə marşrut şəbəkəsinə daxil olan istiqamətlərdən biri də Misirin Al-Alameyn şəhəridir. Aralıq dənizi sahilində yerləşən bu kurort şəhərinə reyslər 28 avqust 2026-cı il tarixinə kimi həftədə 1 dəfə icra olunacaq və sərnişinlərə yay istirahəti üçün əlavə seçim imkanı yaradacaq.
Bundan əlavə, Azərbaycan Hava Yollarının 2026-cı ilin yay mövsümü üçün yenidən açdığı Bodrum, Dalaman və Adana (Mersin) reysləri sərnişinlərin ailəvi istirahət, “all-inclusive” tətil və çimərlik təcrübəsi üçün marşrut seçimini daha da genişləndirir.
Mövsüm ərzində sözügedən şəhərlərə həyata keçiriləcək reyslərin sayı aşağıdakı kimidir:
Bodrum və Dalaman – həftədə 7 reys
Adana – həftədə 3 reys
Antalya şəhəri isə milli aviadaşıyıcının bu yay sezonunda ən çox reys həyata keçiriləcək beynəlxalq kurort istiqamətidir. Belə ki, Bakı–Antalya–Bakı marşrutu üzrə həftədə 21 reys baş tutacaq.
Dəniz istirahəti ilə yanaşı, yay aylarında şəhər turizminə maraq göstərən sərnişinlərin sayı da artır. Paris, London, Barselona, Milan, Vyana, Praqa, Berlin, İstanbul, Moskva və Sankt-Peterburq kimi şəhərlər tarix, memarlıq, incəsənət və qastronomiya təcrübələri ilə seçilir. Əvvəlki sezonlarda olduğu kimi, sözgüedən mövsümdə də İstanbul şəhəri həftədə 17 uçuş həyata keçirilməklə ən çox səyahət edilən şəhərlərdən biri olaraq qalır.
AZAL qeyd edib ki, bu istiqamətlər, eyni zamanda tək səyahət (“solo trip”), qısa müddətli şəhər səfərləri və “city-break” planlayan sərnişinlər tərəfindən ən çox üstünlük verilən marşrutlar sırasındadır. Yay festivalları, canlı şəhər atmosferi və zəngin mədəni həyat Avropa şəhərlərini mövsümün ən populyar səyahət istiqamətlərindən birinə çevirir.
"Son illərin səyahət tendensiyaları göstərir ki, sərnişinlərin bir qismi klassik çimərlik və şəhər turizmindən fərqli olaraq təbiətə daha yaxın istiqamətlərə üstünlük verir. Sakit atmosfer, açıq hava fəaliyyətləri və təbii mənzərələr təqdim edən marşrutlar xüsusilə aktiv istirahət sevən səyahətçilərin diqqətini cəlb edir".
AZAL-ın Mərkəzi Asiya marşrut şəbəkəsinə daxil olan Almatı, Aktau, Astana, Bişkek və Səmərqənd, eləcə də Tbilisi və Batumi kimi istiqamətlər eko-turizm, yürüş (“hiking”) və açıq hava (“outdoor”) fəaliyyətləri üçün ideal seçimlər hesab olunur. Bundan əlavə, Bakı–Tbilisi–Bakı marşrutu həftədə 42 uçuşla bu sezon AZAL-ın ən çox reys icra edəcəyi beynəlxalq istiqamət olacaq.
Bununla yanaşı, Azərbaycan Hava Yollarının Qazaxıstanın Şımkent şəhərinə açdığı reyslər də aktiv istirahətə üstünlük verən səyahətçilər üçün yeni imkanlar yaradır. Şımkent reysləri 16 iyun tarixindən etibarən həftədə 3 dəfə həyata keçirilir.
Fərqli mədəniyyətləri və yeni səyahət təcrübələrini kəşf etmək istəyən sərnişinlər üçün Pekin, Delhi, Mumbay, Lahor və İslamabad kimi şəhərlər yay mövsümünün diqqət çəkən istiqamətləri sırasında yer alır.
İstər dəniz sahillərində rahat istirahət, istər Avropanın canlı şəhər atmosferi, istərsə də fərqli mədəniyyətləri kəşf etmək üçün planlaşdırılan səfərlər yay mövsümündə hər bir səyahətçi üçün yeni təcrübələr və unudulmaz xatirələr vəd edir. Azərbaycanın milli aviadaşıyıcısı isə geniş marşrut şəbəkəsi və rahat uçuş imkanları ilə sərnişinlərə bu yayı dünyanın müxtəlif istiqamətlərində qarşılamaq imkanı yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
1 saat əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
-
1 saat əvvəl
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
-
1 saat əvvəl
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
-
1 saat əvvəl
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
2 saat əvvəl
Avropa Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!
-
3 saat əvvəl
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Ən çox oxunanlar
Azvak.az-da yeni iş elanları
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Rusiya yanacaq idxalına başlaya bilər
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq



























