Əmlakınıza dəyər qatan idarəetmə
“Komendant” idarəetməsinə son qoyun və binanızın sabahı üçün SABAH-ı seçin.www.sabahfms.az yeniləndi – tikinti və xidmət sektorunda biznes üçün yeni mərhələ. Yenilənmiş platforma sahibkarlar və bina sakinləri üçün daha sürətli, şəffaf və rahat xidmət imkanları təqdim edir.
Sabah Facility Management Services daşınmaz əmlakın idarə olunması sahəsində innovativ yanaşma tətbiq edərək yaşayış və kommersiya obyektlərinin dəyərini artıran, təhlükəsiz və səmərəli, mərkəzləşmiş idarəetmə xidmətləri təqdim edir.
Sabah FMS-in rəsmi internet saytı olan www.sabahfms.az yenilənərək müştərilərin istifadəsinə verilib. Yenilənmiş platforma xüsusilə tikinti və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar üçün daha sürətli, şəffaf və effektiv xidmət imkanları təklif edir.
Beləliklə sahibkarlar inşa etdikləri layihələrdə, şirkətin xidmətlərindən istifadə etməklə idarəetmənin mərkəzləşdirilməsi, xərclərin optimallaşdırılması və xidmət keyifiyyətinin artırılması məqsədilə müştəri məmnunluğunu təmin etməklə yeni layihələr üçün dayanıqlığın artırılmasına xidmət etmiş olacaqlar.
Sabah FMS-in təsisçisi Elxan Orucovun sözlərinə görə “saytın yenilənməsi biznes subyektləri ilə qarşılıqlı əlaqənin daha çevik və effektiv qurulmasına xidmət edir: "Məqsədimiz xidmətləri maksimum sadələşdirərək sahibkarlar və çoxmənzilli binlarada yaşayan sakinlər üçün rəqəmsal mühiti daha əlverişli etməkdir. Tikinti layihəsi tamamlandıqdan sonra inşaat şirkətləri və sakinlər üçün ən böyük risk başlayır. İdarəetmənin sistemsizliyi səbəbilə dəyər itkisi. Sakin narazılığı, müştəri narahatlığı, baxımsızlıq, və s. xidmət problemləri – bütün bunlar layihənin imicinə və gələcək satışlara birbaşa təsir edir.
Bu sahədə yerli və beynəlxalq təcrübəni ümumiləşdirərək xidmət çeşidi ilə fərqlənən şirkətimiz, təcrübəli kadr potensialına malik olmaqla çoxmənzilli yaşayış binaları, premium yaşayış kompleksləri və kommersiya təyinatlı obyektlərdə mənzil qanunvericiliyinə uyğun idarəetmənin qurulması, menecment üzrə strukturun qurulması, tariflərin düzgün müəyyən edilməsi, ödəniş etməyən mülkiyyətçilərə qarşı hüquqi təbdirlərin görülməsi, proqram təminatı, nağdsız onlayn ödəniş sisteminin qurulması, banklar və digər platformalara (E-manat, MilliÖn və s.) inteqrasiya, hüquq, maliyyə-mühasibatlıq, insan resursları, texniki xidmətlər, mühafizə, təmizlik, avtomatik nömrətanıma və giriş-çıxış sistemləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı işinin təşkili, yaşıllaşdırma-landşaft, təmir və sair kimi xidmətləri yerinə yetirməklə, sahibkar və sakin maraqlarının qorunması ilə yanaşı, müştəri məmnunluğunu artırmağa və əmlakın dəyərinin qorunmasına xidmət edir".
Bu xidmət kimlər üçün uyğundur?
• İnşaat şirkətləri
• Yaşayış kompleksləri
• Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətləri
• Biznes mərkəzləri
• Ticarət mərkəzləri
• Otellər və sənaye obyektləri və s.
Mütəxəssislər hesab edirlər ki, bu yenilik tikinti və tikinti sonrası xidmət sektoruna layihələrin daha şəffaf, operativ idarə olunmasında müşəri məmnuniyyəti baxımından mühüm töhvə verəcəkdir. Ümumilikdə isə xidmət keyfiyyətinin yüksəldilməsi, biznes mühitində səmərəliliyin artmasına xidmət göstərəcəkdir.
Daha geniş məlumat almaq üçün www.sabahfms.az saytına daxil olaraq müraciət ünvanlaya bilərsiniz.
“Komendant” idarəetməsinə son qoyun və binanızın sabahı üçün SABAH-ı seçin.
Telefonlar:
050 555 0 777
077 555 0 777
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
18 d. əvvəl
Google, Claude-un yaradıcısı Anthropic-ə 40 milyard dollar investisiya yatırmağı planlaşdırır
-
-
33 d. əvvəl
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Google, Claude-un yaradıcısı Anthropic-ə 40 milyard dollar investisiya yatırmağı planlaşdırır
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
İrandan ABŞ-a yeni təklif
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Ən çox oxunanlar
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək







.jpg)





.jpg)





