Danone-dən 1 milyard avroluq satınalma
Fransanın qida nəhəngi Danone, bitki əsaslı yeməklər, içkilər və qida əlavələri istehsal edən Böyük Britaniyanın Huel şirkətini 1 milyard avroya satın almaq barədə razılığa gəlib.Fransanın qida nəhəngi Danone, sağlam və funksional qidalanma sahəsində böyümə strategiyasını gücləndirmək məqsədilə mühüm bir addım atıb. Marja xəbər verir ki, Fransa şirkəti bitki əsaslı məhsullar, içkilər və qida əlavələri istehsal edən Böyük BritaniyanınHuel şirkətini almaq üçün razılığa gəldiyini açıqlayıb.
Şirkətin bazar ertəsi yaydığı məlumatda bildirilir ki, sövdələşmə “Renew Danone” strategiyasına uyğundur. Satınalma prosesi tənzimləyici qurumların təsdiqi də daxil olmaqla, standart bağlanma şərtlərinə tabedir.
“Financial Times”ın məlumatına görə, Danone süd əsaslı içki tipli qida əvəzediciləri ilə tanınan Huel şirkəti üçün təxminən 1 milyard avro ödəyəcək. Bu addım şirkətin qidalanma yönümlü məhsul seqmentində mövqeyini daha da gücləndirəcək.
“Bloomberg”in məlumatına əsasən, Huel protein tozları və zənginləşdirilmiş içkiləri ilə tanınan Böyük Britaniya şirkətidir. Şirkət protein, yağ və karbohidratlarla zəngin, əsas qida elementləri ilə balanslaşdırılmış hazır içkilər istehsal edir. Bundan əlavə, isti istehlak üçün nəzərdə tutulmuş hazır yeməklər və vegan qida batonları da məhsul portfelinə daxildir.
Huel-in əsas üstünlüklərindən biri birbaşa istehlakçıya satış modelidir. Bununla belə, marka yalnız onlayn platformalarda deyil, həm də supermarket şəbəkələrində mövcuddur. Bu struktur Danone üçün həm yeni nəsil istehlakçılara çıxış, həm də alternativ satış kanallarında mövqenin güclənməsi deməkdir.
Son dövrlərdə Danone xüsusilə sağlam, protein əsaslı və funksional qidalanma trendindən faydalanan iri qida şirkətlərindən biri kimi ön plana çıxır. Arıqlama dərmanlarının geniş yayılması və protein istehlakına marağın artması şirkətin yüksək proteinli məhsullarına tələbi dəstəkləyib. Xüsusilə YoPRO və yüksək proteinli yoqurtlar diqqət çəkir.
Şirkətin portfelində Activia yoqurtları, YoPRO yüksək protein məhsulları və immunitet dəstəkləyici Actimel məhsulları yer alır. Bundan əlavə, Danone ötən il ABŞ mərkəzli tibbi qidalanma şirkəti Kate Farmsı da satın almışdır.
Bu əməliyyat Danone-ın ənənəvi qida şirkətindən daha yüksək əlavə dəyərə malik, sağlamlıq yönümlü və funksional qidalanma məhsullarına keçidini sürətləndirən strateji addım kimi qiymətləndirilir. Huel sövdələşməsi ilə şirkət xüsusilə gənc, şəhərli və praktik qida axtaran istehlakçı kütləsinə daha geniş çıxışı hədəfləyir.
Companies House-un 2024-cü il hesabatına əsasən Huel şirkəti 214 milyon funt sterlinq gəlir əldə edib ki, bu da təxminən 285 milyon dollara bərabərdir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
8 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























