ABŞ bankirləri neft qiymətləri üzrə proqnozlarını azaldırlar
ABŞ-ın aparıcı banklarının analitikləri ardıcıl 4-cü ay neft proqnozlarını aşağı salırlar.
"The Wall Street Journal" xəbər verir ki, avqust ayının sonunda aparılan sorğuda iştirak edən 14 investisiya bankının ortaq proqnozuna görə, "Brent" markalı neftin orta qiyməti 2018-ci ildə 54 dollar/barel təşkil edəcək ki, bu da iyul proqnozundan 1 dollar/barel azdır.
"WTI" markalı neft üçün proqnoz isə 2 dollar/barel azaldılaraq 51 dollar/barelə endirilib.
Qeyd edək ki, sorğu ABŞ-ın Meksika körfəzində yaranan "Harvey" qasırğasından öncə aparılıb.
ABŞ-ın "Jefferies" investisiya bankının analitiki Ceyson Qammel (Jason Gammel) hesab edir ki, neft təklifinin növbəti ilin sonuna qədər ciddi azalması gözlənilmir: "Çətin ki, OECD ölkələrinin neft ehtiyatları son 5 ilin orta səviyyəsinə geriləsin".
"Capital Economics"in əmtəə bazarları üzrə analitiki Tomas Pyu (Thomas Pugh) isə düşünür ki, gələn il neftin ucuzlaşacağı ehtimal edilir:
"OPEC+ anlaşması bitəcək, ABŞ-da isə hasilat artmaqda davam edəcək".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 3 gün sonra
-
- 44 d. əvvəl
-
3 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
21 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 22 saat əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























