Manat əmanətində 80%-ə yaxın artım
Bank VTB (Azərbaycan)-ın fiziki şəxslər üzrə manat əmanət portfeli 2016-cı ilin əvvəlindən 15 dekabr tarixinədək 72% artıb.
Bankın yaydığı məlumata görə, bu müddət ərzində əmanətlərin strukturunda ən böyük artımı müddətli əmanətlər nümayiş etdirib: cari ilin əvvəlindən 15 dekabr tarixinə pərakəndə müştərilərin manat əmanətləri üzrə artım 79,4% təşkil edib. Əhalinin əmanətlərinin sabit artımı VTB (Azərbaycan)-a etibarın və bankın dayanıqlı inkişafının nəticəsidir.
Depozit portfelində qeyd olunan müsbət dinamika ilk növbədə bankın əmanət məhsullarının çevik şərtləri sayəsində əhalinin tələbatına cavab verməsi ilə izah edilir. Belə ki, müddətindən və faizlərin ödəmə şərtlərindən asılı olaraq VTB (Azərbaycan) müştərilərinə illik 15 -17% yüksək gəlirliliyi olan əmanət məhsulları təklif edir. Dekabrın əvvəlindın başlayaraq 2017-ci il 31 yanvar tarixinədək bank, “Yeni İl Hədiyyəsi” adlı Aksiya çərçivəsində milli valyutada açılan əmanətlərin faiz gəlirlərinin üzərinə +1% əlavə edir.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
9 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)









