Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Turizm xidmətləri sahəsində Azərbaycanda yeni era başlayır. Artıq müxtəlif növ turizm məhsullarından (aviabilet, otel, tur, transfer, dəmir yolu, kruiz və s.) yararlanmaq imkanları daha geniş və əlçatan olacaqdır. Bu imkanları mümkün etmək üçün son bir neçə ildə Sabre Azərbaycan ölkədə səyahət xidmətlərinin rəqəmsallaşması istiqamətində mühüm addımlar atır və ölkənin aparıcı banklarına həllər təklif edir. İlk geniş miqyaslı əməkdaşlıq Sabre Azərbaycan və ABB arasında başlamışdır və bankın ekosisteminə yeni xidmətlərin əlavə olunması prosesi uğurla davam edir.
Bu əməkdaşlıq nəticəsində ABB-nin həm korporativ, həm pərakəndə müştəriləri artıq Sabre-in qabaqcıl texnologiyalarına əsaslanan sistem vasitəsilə aviabiletləri yaxın zamanda tam onlayn rejimdə əldə edə biləcəklər.
Rəqəmsal transformasiya və yeni imkanlar sayəsində:
- Səyahət məhsulları daha şəffaf və idarəolunan olur
-Əməliyyat xərcləri və vaxt itkisi minimuma endirilir
-Bankın maliyyə dəstəyi ilə səyahət məhsulları daha əlçatan olur
Hazırda xidmətin funksionallığı mərhələli şəkildə genişləndirilir və istifadəçilər üçün daha sərfəli və rahat həllərin tətbiqi istiqamətində işlər aktiv şəkildə davam etdirilir.
Sabre Azərbaycan və ABB əməkdaşlığı çərçivəsində yaxın perspektivdə:
-xidmət portfelinin genişləndirilməsi
-əlavə səyahət məhsullarının inteqrasiyası
-istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsi
-kimi istiqamətlər üzrə inkişafın davam etdirilməsi planlaşdırılır.
Sabre Corporation 1960-cı illərdə ABŞ-da yaranan və səyahət sənayesi üçün texnologiya həlləri təqdim edən qlobal korporasiyadır. Şirkət aviaşirkətlər, turizm agentlikləri və turizm sənayesinin digər böyük təşkilatları üçün rezervasiya, paylama və səyahət idarəetməsi sistemləri hazırlayır. Sabre-in əsas məhsullarından biri olan qlobal paylama sistemi (GDS) vasitəsilə dünya üzrə çoxsaylı aviaşirkətlər, otellər və digər səyahət xidmətləri bir platformada birləşdirilir və bu sistem vasitəsilə hər gün milyonlarla səyahət əməliyyatı həyata keçirilir. Sabre texnologiyaları hazırda dünyanın əksər ölkəsində səyahət və turizm sektorunun rəqəmsal infrastrukturunun əsas elementlərindən biri hesab olunur.
Sabre Corporation dünya üzrə banklar və iri korporasiyalarla bu tip inteqrasiyaların həyata keçirilməsində geniş təcrübəyə malikdir və müxtəlif bazarlarda uğurlu nəticələr əldə edib.
Sabre və ABB arasında qurulan bu əməkdaşlıq Azərbaycanda bank və səyahət texnologiyalarının inteqrasiyası sahəsində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu təşəbbüs həm bank müştəriləri üçün əlavə dəyər yaradır, həm də ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə töhfə verir.
Qeyd etmək lazımdır ki, Sabre Azərbaycan bazarında fəaliyyətə nisbətən yeni başlasa da, qısa müddət ərzində bir sıra iri layihələri uğurla reallaşdıraraq bazarda güclü mövqe formalaşdırıb. Bu gün Sabre Azərbaycan artıq ölkədə innovativ səyahət texnologiyalarının inkişafına töhfə verən əsas oyunçuya çevrilib. Yeni layihələr və əməkdaşlıqlar barədə Sabre Azərbaycan tərəfindən məlumatlar olacaqdır.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
43 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma











.jpg)









