Qlobal bazarlar üçün son 20 ilin ən pis başlanğıcı
2024-cü ilin ilk ticarət günündə həm səhmlər, həm də istiqrazlar ciddi itkilərlə üzləşib. Logistika nəhəngi Maersk, Qırmızı dənizdən gəmi keçidini dayandırdığını bir daha elan edib. Qırmızı dənizdə gərginliyin artması nəticəsində, tələb narahatlığı ilə neftin qiyməti aşağı düşüb.2024-cü ilin ilk ticarət günündə 20 ildən çox müddətdə ilk dəfə eyni vaxtda səhm və istiqrazlarda kəskin ucuzlaşmalar baş verib.
Marja.az xəbər verir ki, S&P 500-i izləyən SPDR S&P 500 ETF Trust və uzunmüddətli istiqrazları izləyən iShares 20+ Year Treasury Bond ETF çərşənbə axşamı hər biri 0,6 faiz ucuzlaşıb.
İki ETF, istiqraz ETF-nin 2002-ci ildə istifadəyə verilməsindən bəri ilk dəfə ilin ilk ticarət günündə eyni vaxtda düşb. Nasdaq 100-də 1,7 faizlik eniş 2001-ci ildən bəri üçüncü ən pis ilk gün enişi olaraq qeydə alınıb.
Bank of America strateqlərinin fikrincə, texnoloji səhmlərində kəskin ucuzlaşma proqnozları konsensusa çevrilib. Qlobal fond indekslərində də vəziyyət o qədər də parlaq deyil.
MSCI All Country World Index və investisiya səviyyəli istiqrazları izləyən Bloomberg Qlobal Kumulyativ İndeksi ən azı 1999-cu ildən bəri bir il üçün ən pis başlanğıcını göstərib. Bu səhər Asiya Sakit Okean bölgəsində də satışlar davam edib. ABŞ fond fyuçersləri bu səhər bir qədər ucuzlaşıb və heç bir bərpa əlaməti yoxdur. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi beş faiz bəndi artaraq 3,93 faizə geriləyib.
İranın dəstəklədiyi husilərin kommersiya gəmilərinə hücumları və ABŞ-ın bu hücumlara reaksiyası ilə Qırmızı dənizdə sular qızışarkən, qlobal təchizat zənciri təhlükə altındadır.
Konteyner daşıma nəhəngi Maersk bir daha Qırmızı dəniz vasitəsilə daşımalarını dayandırdığını açıqlayıb. Kopenhagendə yerləşən şirkətin öz internet saytında dərc etdiyi bəyanatda deyilir: “Qırmızı dəniz-Ədən körfəzi xətti ilə bütün gəmi keçidlərini növbəti bildirişə qədər dayandırmağa qərar verdik”.
Husilər İsrailin Qəzza zolağına hücumlarına cavab olaraq İsraillə əlaqəli gəmiləri hədəf aldıqlarını açıqlamışdı. Lakin Danimarka ABŞ-ın mühafizə qrupuna qoşulduqdan sonra Maersk gəmiləri yenidən husilərin hədəfinə çevrilib. ABŞ Husilərin qayıqlarını vurduqdan sonra İran bölgəyə bir hərbi gəmi göndərib ki, bu da daha geniş münaqişə ilə bağlı narahatlıqları artııb.
Analitiklər bildirir ki, gərginliyi azaltmaq istəkləri yoxdur və nəticədə kommersiya gəmiləri daha çox hədəfə alınacaq və ABŞ-ın cavab vermə ehtimalı daha yüksəkdir.
Qırmızı dənizdəki hadisələr neft qiymətlərinə də təsir edir. İlk baxışda tədarükün çətinləşməsilə neft qiymətlərinin artacağı gözlənilsə də, əksinə, bu gərginliyin neftə tələbin azalmasına səbəb olacağı ehtimal edildiyindən qiymətlər düşür. Çərşənbə axşamı Brent markalı neft 1,5 faiz ucuzlaşaraq 76 dollardan bir qədər aşağı düşüb. Hazırda Brent nefti 0,18% ucuzlaşma ilə 75,74 dollardan ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 22 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
1 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
2 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
3 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"


























