Ağsuda KOB dostu fəaliyyətə başlayıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ağsu rayonunda sahibkarlarla görüş keçirilib.
Görüşün məqsədi Ağsuda fəaliyyət göstərən sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarını öyrənmək, qarşılaşdıqları çətinlikləri dinləmək, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə onları məlumatlandırmaqdır.
Ağsu rayonunda fəaliyyət göstərən sahibkarların və biznes subyektlərinə xidmət göstərən dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir çərşivəsində sahibkarlara yerində dəstək göstərilməsi məqsədilə fəaliyyətə başlayan KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
Ağsu KOB dostu Dağlıq Şirvan iqtisadi rayonu üzrə fəaliyyət göstərən sayca 3-cü KOB dostudur. Ümumilikdə KOBİA-nın regionlardakı nümayəndələri olan KOB dostları hazırda ölkənin 39 şəhər və rayonunu əhatə edir.
Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes subyektlərinə yerində dəstəyin təmin olunması baxımından KOB dostu şəbəkəsinin önəmini qeyd edib. Bildirilib ki, KOB dostları mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin reallaşdırılması, sahibkar maraqlarının müdafiəsi, yeni KOB subyektlərinin yaradılması və inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırma, dövlət qurumları ilə əlaqələndirmə kimi istiqamətlərdə fəaliyyət göstərir. Ağsu rayonunun biznesin inkişafı üçün potensialını qeyd edən Orxan Məmmədov bu iqtisadi potensialın reallaşdırılması üçün KOB dostlarının dəstəyini vurğulayıb, sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib.
Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları Ağsu Gənc Sənətkarlar Mərkəzində yerləşən KOB dostu ofisi ilə tanış olublar. KOB dostu ofisində sahibkarlara xidmətlərin təqdim edilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərir.
Daha sonra KOBİA rəhbərliyi “Ağsu aqropark”ın fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşmış aqropark 2018-ci ildən fəaliyyət göstərir. Hazırda aqroparkda 200-ə yaxın daimi işçi çalışır. Müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. “Ağsu aqropark”ın məhsulları daxili bazarın tələbatının ödənilməsinə yönəldilir. Aqroparkla tanışlıq çərçivəsində sahibkarla ehtiyaclarına və məhsulların ixrac imkanlarına dair fikir mübadiləsi də aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
3 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
3 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
3 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 5 saat əvvəl
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















