2022-ci ildə Rusiyaya ən çox avtomobil Çindən idxal edilib
Çin istehsalçıları Avropa istehsalçılarının yerlərini tuturlar.2022-ci ildə Çindən Rusiyaya avtomobil idxalı 40% artaraq 117 000 ədədi keçib. Ötən il Rusiyaya ən çox avtomobil Çindən gətirilib.
Marja xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətindən bildirilib.
"2022-ci ildə ən çox avtomobil Çindən idxal edilib. Ümumilikdə 117 mindən çox yeni avtomobil idxal edilib ki, bu da 2021-ci illə müqayisədə təxminən 40% çoxdur", - Xidmətdən bildiriblər.
"Avtostat" analitik agentliyinin yanvar ayında dərc etdiyi məlumatlara görə, 2022-ci ildə Rusiyada yeni minik avtomobillərinin satışı əvvəlki illə müqayisədə 59% azalaraq 626,3 min ədəd təşkil edib. Bu sayın təxminən 30%-i yerli brendlərin, 19,5%-i Koreya brendlərinin payına düşüb.
İlk üçlüyü Çin istehsalçıları bağlayıb: yeni minik avtomobillərinin satışının 19,2%-i onların payına düşüb. Çinlilər 2021-ci ildə Rusiya bazarının 18,5%-ni tutmuş avropalıları geridə qoyublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)








.jpg)








