Avropada qazın qiyməti daha da düşüb
Çərşənbə axşamı Avropada təbii qaz 11,3 faiz ucuzlaşıb.Avropada təbii qazın birja qiymətləri 11%-dən çox düşərək min kubmetr üçün 660 dollara geriləyib.
Marja xəbər verir ki, son fyuçerslər 659,9 dollara (-11,3%) alınıb.
Bir gün əvvəl Reuters xəbər vermişdi ki, ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) zavodu "Freeport LNG" təmir işlərinin başa çatdığını elan edib və bəzi əməliyyatların bərpası üçün tənzimləyicidən icazə istəyib. Zavod ABŞ-dan LNG ixracının təxminən 20%-ni təmin edir. Ötən ilin sonunda ölkə LNG-nin ən böyük ixracatçısı olub və onun böyük hissəsini Avropaya göndərib ki, bu da regiona Rusiya qazının itirilmiş həcmlərini - təxminən 80 milyard kubmetri əvəz etməyə imkan verir.
dubai-property.investments
AD
Элитное жилье в Дубае (ОАЭ). Выгодные инвестиции!
Высокий спрос на жилье. Получайте до 15% дохода. Быстрая окупаемость. Звоните сейчас!
Узнать больше
Yanvarın 17-də Avropada qazın birja qiymətləri son 16 ayda ilk dəfə - 2021-ci il avqustun 31-dən min kubmetr üçün 600 dollardan aşağı düşüb. Ekspertlər qeyd ediblər ki, Avropa birjasında qazın qiyməti havaların isti keçməsi və güclü külək (külək stansiyaları elektrik enerjisi istehsalını artırıb), eləcə də Aİ-nin yeraltı qaz anbarlarında kifayət qədər qaz ehtiyatı səbəbindən ucuzlaşır.
Mövcud azalmaya baxmayaraq, qaz qiymətləri müşahidələrin uzun tarixi üçün orta göstəricidən iki dəfə çoxdur. Belə davamlı yüksək qiymətlər Avropada qaz qovşaqlarının istismarının bütün tarixində - 1996-cı ildən bəri görünməmişdir.
Avropada qazın qiyməti 2021-ci ilin yazında əhəmiyyətli dərəcədə artıb. Həmin vaxt TTF üzrə qaz kotirovkaları hər min kubmetr üçün 250-300 dollar intervalında dəyişirdi, yayın sonunda 600 dolları, payızda isə artıq 1000 dolları ötüb. 2022-ci ilin qışında qiymətlər min kubmetr üçün iki min dollar həddini keçib, yazın əvvəlində isə Rusiya enerji resurslarının idxalına qadağa qoyulması qorxusu ilə rekord həddə - min kubmetr üçün 3892 dollara çatıb.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
53 san. əvvəl
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
- 15 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)










