Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirilib
(®)3 Dekabr Beynəlxalq Əlillər günü münasibətilə eşitmə məhdudiyyətli uşaqlar üçün inkluziv kukla teatrı tamaşası təşkil olunub.
Nağılçı və bloqqer Aytac Qəmbərovanın səhnələşdirdiyi tamaşa həm eşitmə və nitq məhdudiyyətli uşaqlar, həm də tədbirə qoşulan digər uşaqlar tərəfindən böyük maraqla izlənilib. Jest dili pedaqoqunun iştirakı ilə baş tutan tədbirdə 50-dən çox uşaq yer alıb.
Tədbirin əsas məqsədi əyləncə və sosiallaşma yolu ilə uşaqlara qarşılıqlı qayğı hissini aşılamaq olub. Tamaşa “Libraff” kitab mağazasının uşaq oxu zalında keçirilib.
Qeyd edək ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətidir. “Bu Dünyanı Nağıl Edək” layihəsi çərçivəsində baş tutan tamaşanın video çarxı bütün uşaqların izləməsi üçün jestdili.az saytında yerləşdiriləcək.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 29 d. əvvəl
-
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
-
55 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım















.jpg)







