Citi-dən dollar proqnozu
Citigroup-un strateqləri böhran zamanı da dolların "təhlükəsiz sığınacaq" olmağa davam edəcəyini proqnozlaşdırırlar. Onların fikrincə, hətta FED-in faiz artırmasının sürəti aşağı düşsə belə dolların yüksəlişinin qarşısını ala bilməyəcək.
Qərargahı Nyu Yorkda yerləşən Amerikanın qlobal investisiya bankı və maliyyə xidmətləri korporasiyası "Citigroup"un məlumatına görə, qlobal iqtisadiyyatda mövcud yavaşlama bitənə və artım yenidən sürətlənməyənə qədər dolların bahalaşması dayanmayacaq.
Marja.az xəbər verir ki, qurumun strateqləri hazırladıqları araşdırmada, iqtisadi yavaşlama və tənəzzül bitənə qədər dolların qlobal rəqib valyutalardan daha yüksək gəlir gətirdiyi üçün "gizlənmək üçün ən təhlükəsiz yer olacağını" qeyd ediblər.
Citi-nin strateqlərinə görə, qlobal iqtisadi tənəzzüldə ən aşağı səviyyənin görünməsi ilə Dolların bahalşaması dayanacaq.
Dolların altı inkişaf etmiş ölkə valyutasına qarşı hərəkətini ölçən Dollar İndeksi bu il təxminən 18 faiz artaraq 1972-ci ilə qədər olan məlumatlarda ən böyük sıçrayışı qeyd edib.
Citi-nin fikrincə, FED-in uçot dərəcəsini artırmasının sürətini azaltması belə dolların bahalşmasının qarşısını ala bilməyəcək.
Strateqlər son 20 ildə dolların ucuzlaşmasında əsas amilin qlobal iqtisadi vəziyyət olduğuna diqqət çəkərək, “Dollar ən yüksək səviyyəsinə FED-in faiz dərəcələrini aşağı salacağı və ABŞ xaricində qlobal iqtisadi azalmanın dayanacağı vaxt çatacaq”, - deyə vurğulayıblar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 d. əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
2 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
3 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
