Qlobal bankdan böhran xəbərdarlığı
Goldman Sachs ABŞ-da böhran riskinin daha yüksək olduğunu bildirib.Qlobal investisiya bankı Goldman Sachs ABŞ-dakı tənəzzüllə bağlı narahatlıqlarını dilə gətirən qurumların siyahısına qoşulub.
Marja xəbər verir ki, Bank ABŞ-ın gələn il böhrana daxil olması ehtimalının 30 faiz olduğunu bəyan edib. Bank daha əvvəl bu ehtimalın 15% olduğunu bildirmişdi.
Bankın iqtisadçıları bəyan ediblər ki, əgər birinci ildə tənəzzülün qarşısını almaq olarsa, ikinci ildə böhranın baş verməsi ehtimalı 25 faiz təşkil edir. Beləliklə, iki il üçün birlikdə hesablanan böhran ehtimalı 48%-dir. Bankın əvvəlki təxminlərində bu ehtimal 35% olaraq hesablanmışdı.
Goldman Sachs iqtisadçısı Jan Hatzius, ABŞ-da böhran riskinin indi daha yüksək olduğunu söyləyib.
ABŞ iqtisadiyyatı üçün ikinci rüb artım proqnozunu 2,8 faiz səviyyəsində saxlayan Bank üçüncü rüb üçün artım gözləntisini 1,75%-ə endirib.
ABŞ-da Wall Street təşkilatlarında böhran təhlilləri artır.
ABŞ-da son 40 ildə pik həddə olan inflyasiya və FED-in inflyasiya ilə mübarizə üçün başlatdığı aqressiv sərtləşdirmə dövrü ölkədə resessiya narahatlıqlarını artırsa da, ABŞ prezidenti Co Bayden tənəzzülün qaçılmaz olmadığını bildirib.
Klivlend Fed sədri Loretta Mester də söz mövzusu risklərin artdığını bildirib.
BÖHRAN (TƏNƏZZÜL) NƏDİR?
Böhran (tənəzzül) real iqtisadi fəaliyyətin azalması mərhələsidir. İqtisadiyyatın azalmasının böhran adlandırılması üçün ölkənin iqtisadi fəaliyyətinin ən azı altı ay ərzində geriləməsi laımdır. Yəni, ümumi daxili məhsul iki rüb ardıcıl olaraq mənfi olmalıdır.
Tənəzzül zamanı:
- Ölkə iqtisadiyyatı kiçilir,
- Ölkənin valyutası digər məzənnələrə nisbətən ucuzlaşa bilər,
- İdxal olunan məhsulların qiyməti artır və müvafiq olaraq məhsullar hesabına inflyasiya artır,
- İşsizlik səviyyəsi artır,
- Birjalar ciddi şəkildə zərər görə bilər.
Bir tənəzzül xüsusilə dərin və uzundursa, buna depresiya deyilir.
Həmçinin oxu
"İnflyasiyanın düşməsi üçün işsizlik artmalıdır"Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























