"İnflyasiyanın düşməsi üçün işsizlik artmalıdır"
ABŞ-ın keçmiş maliyyə naziri və Harvard Universitetinin professoru Lourens Summers bildirib ki, inflyasiyanın düşməsi üçün ABŞ-da işsizlik beş il ərzində 5 faizdən yuxarı olmalıdır. Summers həmçinin 1970-1980-ci illərdəki kimi aqressiv sərt pul siyasəti dövrü üçün çağırışını təkrarlayıb.ABŞ-ın keçmiş maliyyə naziri Lourens Summers ABŞ-da yüksək inflyasiya ilə bağlı fərqli bir təhlil dilə gətirib.
Marja xəbər verir ki, Londonda çıxış edən Summers bildirib ki, ABŞ-da inflyasiyanın aşağı düşməsi üçün beş il ərzində işsizlik 5 faizdən yuxarı olmalıdır.
“Başqa sözlə desək, inflyasiyanın aşağı düşməsi üçün işsizliyin iki il ərzində 7,5 faizdən, beş il ərzində 6 faizdən və ya 1 il ərzində 10 faizdən yuxarı olmasını görməliyik”, - Summers bildirib.
Həmçinin Summers, aqressiv sərt şərtlər üçün (Fed-in daha çox faiz artırması və s.) əvvəlki çağırışlarını təkrarlayıb. Sammers bəyan edib ki, ABŞ inflyasiyaya nəzarət etmək üçün Paul Volkerin rəhbərliyi altında həyata keçirilən sərt sərtləşdirmə dövrünü təkrar etməlidir.
Volker sərt tənəzzül yaratmışdı
1979-cu ildə Cimmi Karterin dövründə vəzifəyə təyin edilən Volker, 1983-cü ildə Ronald Reyqanın dövründə ikinci dəfə Fed sədri təyin edilib.
Sədr kimi ilk dövründə Volker ikirəqəmli səviyyələrə çatan inflyasiyaya nəzarət etmək üçün faiz dərəcələrini görünməmiş səviyyəyə olan 21,5 faizə qaldırmışdı.
Volkerin rəhbərliyilə Fed-in faiz artırmasından sonra işsizlik nisbəti 10,8 faizə yüksəlmiş və iqtisadiyyat tənəzzülə girmişdi. İnflyasiyanın düşdüyü zaman yaratdığı ziyana görə Volker də saysız-hesabsız düşmənlər qazanmış, fermerlər traktorları ilə Fed binası qarşısında etiraz aksiyası keçirmiş, avtomobil satıcıları isə sata bilmədiklərini əsas gətirərək etiraz olaraq avtomobillərinin açarlarını ona göndərmişdilər.
1983-cü ildə inflyasiya 4 faizdən aşağı düşəndə ona qarşı reaksiya da azalıb. Volkerin addımları hələ də müzakirə olunsa da, o vaxtdan bəri inflyasiya nəzarət altında idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















