Hindistanın qadağa qərarı ilə buğda qiymətləri daha da yüksəlib
Hindistanın buğda ixracına qadağa qoyması qərarından sonra buğda fyuçersləri son iki ayda ən yüksək templə yüksəldib.Hindistanın ixrac qadağası qərarı buğda bazarında qiymətlərin artmasına səbəb olub.
Marja.az xəbər verir ki, Çikaqoda buğda fyuçersləri 6 faiz artaraq 12,47 dollar/buşel olub. Bu artım son iki ayda görülən ən yüksək artımdır. İlin əvvəlindən buğda qiymətləri 60 faiz artıb.
Hindistan ərzaq təhlükəsizliyi riskinə görə buğda ixracını qadağan etmişdir.
Dehli rəhbərliyi bu addımı ilə ilin əvvəlindən qlobal bazarlarda artan buğda qiymətlərinə ölkə daxilində nəzarət etməyi hədəflədiyini açıqlayıb.
Hindistan buğdasını əsasən qonşu ölkələrə - Banqladeş, Nepal və Şri-Lankaya ixrac edir.
"Avropanın taxıl anbarı" kimi tanınan Ukraynaya Rusiya tərəfindən hücum buğda qiymətlərini son 14 ilin ən yüksək səviyyəsinə çatdırıb.
Ukraynanın ixracı dayanıb
Dünya buğda ixracatında mühüm rolu olan Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik buğda tədarükünə mənfi təsir edib, Ukraynadan buğda ixracı dayanıb, qiymətlər yüksəlib.
Bir çox ölkə buğda kəsirini bağlamaq üçün gözlərini Hindistana çevirib. Dünyanın ikinci ən böyük buğda istehsalçısı olan Hindistanda həddindən artıq istilər kənd təsərrüfatı sektoruna mənfi təsir edib və məhsuldarlığı azaldaraq tədarük problemini daha da ağırlaşdırıb.
Erkən isti dalğasının kənd təsərrüfatına mənfi təsir göstərdiyi ölkədə 1901-ci ildən bəri ən yüksək səviyyəyə çatan mart ayı temperaturu səbəbindən buğda məhsuldarlığı xeyli azalıb.
Xəbər verdiyimiz kimi, Yeddilik (G7) ölkələrinin kənd təsərrüfatı nazirləri Hindistanın buğda ixracına qadağa qoyması qərarını pisləyib. Onların fikrincə, belə bir addım dünya taxıl bazarında böhranı daha da gücləndirəcək:
"Hər kəs ixracata bu cür məhdudiyyətlər qoymağa və ya hətta bazarları bağlamağa başlasa, bu, yalnız böhranı daha da gücləndirəcək, həmçinin Hindistana və onun kənd təsərrüfatı istehsalçılarına zərər verəcək. Biz Hindistanı G20-nin üzvü kimi məsuliyyəti öz üzərinə götürməyə çağırırıq".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
2 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 12 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























