"Belə bir addım dünya taxıl bazarında böhranı daha da gücləndirəcək"
G7 Hindistanın buğda ixracını qadağan etmək qərarını pisləyir. G7-nin kənd təsərrüfatı nazirləri belə bir addımın qlobal taxıl bazarında böhranı daha da gücləndirəcəyinə inanırlar.Yeddilik (G7) ölkələrinin kənd təsərrüfatı nazirləri Hindistanın buğda ixracına qadağa qoyması qərarını pisləyib.
Marja.az xəbər verir ki, bu barədə şənbə günü Agence France-Presse (AFP) məlumat yayıb.
Onların fikrincə, belə bir addım dünya taxıl bazarında böhranı daha da gücləndirəcək.
"Hər kəs ixracata bu cür məhdudiyyətlər qoymağa və ya hətta bazarları bağlamağa başlasa, bu, yalnız böhranı daha da gücləndirəcək, həmçinin Hindistana və onun kənd təsərrüfatı istehsalçılarına zərər verəcək. Biz Hindistanı G20-nin üzvü kimi məsuliyyəti öz üzərinə götürməyə çağırırıq", - bildirilib.
Hindistanın Ticarət və Sənaye Nazirliyinin Xarici Ticarət Baş İdarəsi şənbə günü buğda ixracına qadağa qoyub.
“Bu qərar buğdanın dünya qiymətlərində bir çox amillərin yaratdığı qəfil artımı nəzərə alaraq, daxili qiymətlərin artımına nəzarət tədbirləri çərçivəsində qəbul edilib”, - nazirliyin açıqlamasında bildirilir.
Mart ayında Hindistan dünyanın aparıcı buğda ixracatçısı olmaq üçün yaxın gələcəkdə addımlar atmaq niyyətində olduğunu açıqlayıb. Lakin bir sıra səbəblərdən, o cümlədən bu dənli bitkilərin becərildiyi ərazilərdə kəskin istilər olduğundan respublika hazırda daxili bazarda bu məhsulun qıtlığından qorxur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























