Azərbaycan şirkəti ərəb ölkələrinə kartof ixrac edəcək
Aqrar sektorda başlanan struktur islahatlarının ilk cücərtiləri artıq hiss olunmaqdadır. Bu baxımdan aqroparklarda istehsal olunan məhsulların yerli bazarla yanaşı, “Made in Azerbaijan” brendi altında xarici bazarlara çıxarılması bu cür təsərrüfat subyektinə marağı daha da artırıb.
2009-cu ildən fəaliyyətdə olan “Buta qrup” MMC Bakının Zirə kəndindəki istixanalarında pomidor istehsalını və onun Rusiya Federasiyasında satışını təşkil edir. “Buta qrup” fəaliyyət coğrafiyasını genişləndirməyə də qərar verib. Elə İsmayıllı rayonunun Kürdmaşı kəndində aqropark yaratması da bunun nəticəsidir.
Aqroparkın rəhbəri Səfa Yaqubov bildirdi ki, keçən il onlar üçün ilk sınaq dövrü olub. Buna baxmayaraq, nəticələri müsbət qiymətləndirmək mümkündür. Kürdmaşı kənd inzibati ərazisində yerləşən aqroparkın balansında 225 hektar torpaq sahəsi var. Bunun 70 hektarında taxıl, 105 hektarda kartof əkilib. Kartofun toxumu Almaniyadan gətirilib və bununla şirkət kartof toxumçuluğu ilə məşğul olmağa da başlayıb. Müsahibimiz bu barədə fikirlərini belə davam etdirdi:
“Əvvəl torpağa və iqlimə hansı kartofun uyğun olması dəqiqləşdirilməli idi. Ona görə də əvvəlcə 8 növ kartofun əkini aparıldı. Bunlar əsasən Hollandiya sortları olsa da, Almaniyanın “Solana” şirkətindən “Kuen Anna” sortunu da alıb gətirmişdik. “Kuen Anna” daha çox məhsuldar olması ilə seçildi. Hektarın məhsuldarlığı 50-52 ton oldu. Cari ildə də bu hədd hədəf götürülür”.
S.Yaqubov bildirdi ki, Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə Kürdmaşı kəndi ərazisində, əkin sahələrindən çox da uzaq olmayan məsafədə 3 min tonluq soyuducu anbar tikirlər. Kartof yığımına qədər burada işlərin tam yekunlaşdırılması nəzərdə tutulur. Artıq bütün avadanlıqlar tikinti meydançasındadır. Layihənin həyata keçirilməsində rayon icra hakimiyyəti də köməyini əsirgəmir.
Müsahibimizin sözlərinə görə, keçən il aqroparkda istehsal olunan ekoloji cəhətdən təmiz və keyfiyyətli kartof əsasən daxili bazarda realizə edilib. Cari ildə isə məhsulun xaricə çıxışı da planlaşdırılır. Məhsulun iyulun sonu, avqustun əvvəlində çıxışını nəzərə alan şirkət Rusiya bazarını diqqətdə saxlayır. Çünki həmin vaxt Rusiyada təzə kartof yetişmir. Paralel olaraq ərəb ölkələri də nəzərdə tutulur.
Aqroparkın İsmayıllı rayonunda fəaliyyətə başlaması ətraf kəndlərdə yaşayan sakinlərin məşğulluğunun təminatına da müsbət təsir göstərir. Hazırda aqroparkın 15 nəfər daimi işçisi var. Mövsümi işlərdə isə orta hesabla 350-400 nəfərin işlə təmin olunması proqnozlaşdırılır. Tikintisi gedən soyuducu anbarda da əlavə iş yerləri açılacaq. Üstəlik, perspektivdə tərəvəzçiliyin intensiv inkişafı var. Bu da əlavə iş yerləri deməkdir. Hesab edilir ki, gələn il hazırkı yerdə yenidən kartof əkilsə, məhsuldarlıq aşağı düşə bilər. Ona görə gələn il anbarın ətrafında kartof əkini aparılacaq, kartofun yerində isə tərəvəz yetişdiriləcək. Bundan əlavə, gələn il aqroparkın hazırkı kartof əkini sahəsinin yaxınlığında bağçılıq təsərrüfatı da yaradılacaq. Müxtəlif meyvə ağaclarından ibarət bağ 14 hektar sahəni əhatə edəcək.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
© Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)





