“Azercell Könüllüləri” iki yüzə yaxın uşağı sevindirib
(®) Fəaliyyətinin 25 illiyini qeyd etmiş “Azercell Telekom”-un yarandığı ilk illərdən əməkdaşları tərəfindən “Azercell Könüllüləri” adlı xeyriyyə təşəbbüslü böyük bir komanda formalaşdı. Ötən illərdə olduğu kimi, bu il də “Azercell Könüllüləri” Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün növbəti xeyirxah aksiyanı gerçəkləşdirib. Könüllülər “Yeni ilə könüllülərdən hədiyyələr ilə” adlı kampaniya çərçivəsində İkinci Vətən müharibəsində xalqımıza qələbə sevincini yaşadan şəhid və qazilərimizin ailələrini, həmçinin aztəminatlı ailələri ziyarət edərək onların övladlarını müxtəlif hədiyyələrlə sevindiriblər.
Qeyd edək ki, kampaniya haqqında "Azercell Könüllüləri"-nin sosial şəbəkə hesablarında öncədən məlumat verilib və təxminən bir ay ərzində təşəbbüsə qoşulan tərəfdaş şirkət və fərdi şəxslərin dəstəyilə həssas qrupa aid uşaqlar üçün hədiyyələr hazırlanıb.
“Yeni ilə könüllülərdən hədiyyələr ilə” aksiyası Azərbaycanın bir çox bölgəsini əhatə edib. Könüllülər paytaxtla yanaşı, Sumqayıt, Xocasən, Xırdalan, Saray ərazilərində yaşayan şəhid və qazi ailələrinə baş çəkiblər, Gəncə, Bərdə, Füzuli, Oğuz, Şamaxı, Lənkəran, Şirvan, Sabirabad, Mingəçevir, Qəbələ, Şəki, Goranboy və Naftalanda yaşayan uşaqları da unutmayıblar. Ümumilikdə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə müxtəlif yaş kateqoriyasından olan həssas qrupa aid 200-ə yaxın uşağa bayram sovqatı paylanılıb.
Xatırladaq ki, ötən illərdə də bayram münasibətilə könüllülər tərəfindən oxşar kampaniyalar həyata keçirilib. Uzun müddətdir ki, ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirən "Azercell Könüllüləri" bu aksiyalara dəstək verən tərəfdaş şirkət və sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir, növbəti təşəbbüslərdə də hər kəsi həmrəy olmağa çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)

















.jpg)