Azercell “Veteran tarifi”-ni təqdim edir - QİYMƏTLƏR
Azercell-dən Vətənin igid övladlarına hörmətlə! Şanlı qələbəmizin ildönümündə lider operator qazilərimizə “Veteran tarifi”-ni təqdim edir(®) Xalqımızın qəhrəmanlıq salnaməsi - Vətən müharibəsindəki böyük zəfərimiz Ali Baş Komandan və ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ uğrunda vuruşan, canından və sağlamlığından keçən əsgər və zabitlərin şücaəti hesabına gerçəkləşdi.
Azercell bu Zəfər Gününü xalqımıza yaşadan şanlı Azərbaycan ordusuna sonsuz hörmətinin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımıza yeni “Veteran tarifi”-ni təqdim edir. Qələbə günümüz münasibətilə dəyərli veteranlarımıza, həm də, qələbə tariximizin gün və ayını simvolik şəkildə əks etdirən “8-11” seriyası ilə başlayan yeni nömrələr də hədiyyə ediləcək.
Sim-Sim abunəçiləri üçün nəzərdə tutulan “Veteran tarifi”-nə qoşulmaq istəyən abunəçi şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən təqdim edilən və veteran statusunu təsdiq edən rəsmi sənədlə Azercell Müştəri Xidmətlərinə, və ya Azercell Ekspres ofislərindən birinə yaxınlaşa bilər. Qeyd edək ki, yeni tarif daxilində bütün şəbəkədaxili zənglər - 0.03 AZN; Şəbəkəxarici zənglər - 0.04 AZN; hər 1MB mobil internet – 0.03 AZN; SMS - 0.03 AZN təşkil edəcək.
Nəzərə çatdıraq ki, yeni tarif Böyük Vətən Müharibəsi, Əfqanıstan Müharibəsi, Birinci Qarabağ Müharibəsi və İkinci Qarabağ müharibələrində iştirak edərək veteran statusu alan bütün vətəndaşlarımıza şamil edilir. Tarif haqqında daha ətraflı məlumatı www.azercell.com saytı vasitəsilə əldə etmək olar.
Xatırladaq ki, 44 gün davam edən Vətən Müharibəsi ərzində şanlı ordumuzun ardınca irəliləyərək Qarabağda ilk mobil şəbəkəni qurmağa müvəffəq olan məhz Azercell-in texniki komandası oldu.
“Azercell Telekom” veteranlarımıza bu yeni tarif və nömrələrlə hər zaman yalnız qələbə müjdələrini və xoş xəbərləri paylaşmağı arzulayır, hamını 8 noyabr, Zəfər Günü münasibətilə təbrik edir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















