Türkiyənin turizm gəlirləri 4,2% artıb
Türkiyənin turizm gəliri 2026-cı ilin 1-ci rübündə (yanvar–mart) əvvəlki ilin eyni dövrünə nisbətən 4,2% artaraq 9 milyard 896 milyon 456 min dollar təşkil edib.Türkiyə Statistika Xidmətinin (TÜİK) məlumatlarına görə, ölkənin turizm gəliri yanvar, fevral və mart aylarını əhatə edən 2026-cı ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 9 milyard 896 milyon 456 min ABŞ dolları olub.
Marja xəbər verir ki, turistlərdən əldə olunan turizm gəliri 9 milyard 694 milyon 574 min dollar, tranzit sərnişinlərdən əldə olunan gəlir isə 201 milyon 883 min dollar olub.
Türkiyəyə səfər edən turistlərin sayı 2026-cı ilin 1-ci rübündə 2025-ci ilin eyni dövrünə nisbətən 1,5% artaraq 9 milyon 258 min 129 nəfər olub. Ziyarətçilərin 25,7%-ni, yəni 2 milyon 376 min 343 nəfəri xaricdə yaşayan vətəndaşlar təşkil edib.
İlk rübdə ölkədə gecələyən turistlərin gecəlik orta xərci 102 dollar olub. Xaricdə yaşayan vətəndaşların gecəlik orta xərci isə 72 dollar təşkil edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
49 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























