SME Bankçılıq Yay Məktəbi başa çatdı
®️AccessBank-ın bankçılıq üzrə iş təcrübəsi olmayan və karyerasını Kiçik və Orta Biznes (KOB-SME) sahəsi üzrə qurmaq istəyən universitet məzunları üçün nəzərdə tutulmuş SME Bankçılıq Yay Məktəbi layihəsi sona çatdı.
2 ay davam edən təlimlərin sonuncu həftəsində proqram iştirakçıları final təqdimatı hazırlayaraq, Bankın İdarə Heyətinin üzvləri qarşısında çıxış ediblər. Fərqlənən namizədlər tezliklə Bankda işlə təmin olunacaqlar.
May-iyun aylarında baş tutan sənəd qəbulu zamanı yay məktəbinə qatılmaq üçün çoxsaylı müraciətlər daxil olub. Bakı və bölgələrdən olan məzunlar ilkin mərhələdə iştirak etmək üçün CV və video formatında sualları cavablandıraraq müraciət ediblər. Layihəyə qatılmaq üçün namizədin bankçılıq haqqında ümumi təsəvvürü, maraqları, məntiqi təfəkkürü və dünyagörüşü nəzərə alınıb. Sonda 9 universitetin 15 məzunu proqrama qatılıb. Onlar Bankda Kiçik və Orta Biznes (KOB-SME) sahəsi üzrə biliklər əldə edərək, iş prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Hazırda Bankda rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlar Banka heç bir iş təcrübələri olmadan, universitetdən məzun olaraq gəliblər.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir























.jpg)


