Volkswagen-in tam yeni modeli ilk dəfə Azərbaycanda - QİYMƏT
Dünyanın ən böyük avtomobil markası olan Volkswagen yeni istifadəyə verilən Taos modelini Azərbaycanda təqdim edib.
Yeni Taos modeli artıq Volkswagen Azərbaycan Mərkəzinin yeni, bu ilin ikinci yarısında istifadəyə verilmiş, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən avtosalonunda təqdim olunub. Mərkəz tam olaraq beynəlxalq Volkswagen konsepsiyasına uyğun olaraq inşa etdirilmişdir.
Taos modeli ölçülərinə görə Yeni Tiguan modelindən biraz kiçikdir, lakin öz seqmentində ən böyük ban ölçüsünə sahibdir. Avtomobil 1.4l-lik və 150 at gücünə sahib, turbo gücləndirilmiş mühərrikə sahibdir.
Azərbaycanda avtomobil 3 komplektasiyada təklif olunur. Artıq ilkin komplektasiyada avtomobil 4motion (4x4) funksiyasına malikdir. Avtomobilin həm də qabaq ötürücü variantları mövcuddur. Avtomobilin qiyməti 49 900 AZN-dən başlayır.
Bir çox başqa Volkswagen modellərinə xas olan bütün texnologiyalar və ən əsası bütün təhlükəsizlik və komfort göstəriciləri Yeni Taos modelində də saxlanmışdır. Atmosfer LED elementləri yeni Taos-un alətlər paneli və qapıları boyunca da keçir. Əhvalınıza uyğun 10 rəngdən birini seçə bilərsiniz. Dizayna özəl daha bir üstünlük, bu avtomobilin öyrəşdiyimiz rənglərlə bərabər, narıncı Energetic”, göy “Reef” və bej “Cappuchino” kimi eksklüziv rənglərdə olmasıdır.
Volkswagen Azərbaycan Mərkəzi hər gün xidmətinizdədir. Avtosalon həftə içi saat 10:00-dan 19:00-a və həftəsonları 10:00-dan 18:00-a kimi, Rəsmi Servis isə bazar günü istisna olmaqla hər gün 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Volkswagen-in Azərbaycandakı fəaliyyəti və aktual kampaniyalar barədə www.volkswagenauto.az saytında məlumat əldə edə, yaxud *0999 vahid çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Sizi yeni avtosalonumuzda gözləyirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























.jpg)