2021-ci ildə dünyanın ən “yaxşı və pis” şəhərləri - SİYAHI
2 ildir siyahıya liderlik edən qədim Vyana 12-ci yerə yuvarlanıb, onun yerini tamamilə başqa qitənin şəhəri tutub...Suriyanın paytaxtı Dəməşq isə ən arzuolunmaz şəhərdir....
Məşhur The Economist jurnalının araşdırma bölməsi olan The Economist Intelligence Unit bu il dünyanın yaşamaq üçün ən yaxşı 140 şəhərinin yeni reytinq siyahısını tərtib edib.
Marja xəbər verir ki, cari ilin fevral-mart aylarında toplanan və təhlil edilən məlumatlar əsasında siyahıda ötən illə müqayisədə kifayət qədər maraqlı dəyişikliklər baş verib. Xüsusən koronavirus pandemiyası əksər şəhərlərin reytinqinə mənfi təsir göstərib.
2018-2020-ci illərdə siyahıya liderlik edən Avstriyanın paytaxtı Vyana bu il 12-ci yerə düşüb. Onu yeni lider - Yeni Zelandiyanın Aukland şəhəri əvəzləyib.
İlk 10-luğa Avstraliyadan 4 şəhər düşüb. Bunun əsas səbəbi ölkənin koronavirus pandemiyası ilə ən yaxşı mübarizə aparanlardan biri olması, vaxtında qısamüddəti sərt karantinə gedərək, infeksiyanın yayılmasını məhdudlaşdırması, bundan sonra isə insanların həyat və fəaliyyətində demək olar ki, məhdudiyyət və mənfi dəyişikliyin baş verməməsidir.
Mövqeyini ən çox itirənlər sıyahısında Almaniyanın üç şəhəri - Hamburq (geriləmə - 34 yer), Frankfurt (geriləmə - 29 yer), Düsseldorf (geriləmə - 28 yer) ən öndə gəlir. Daha sonra onları reytinqi kifayət qədər pisləşən Praqa (Çexiya), Dublin (İrlandiya), Roma (İtaliya), Bratislava (Sovakiya), Afina (Yunanıstan), Montreal (Kanada) və başqaları izləyir.
Mövqeyini ən çox yaxşılaşdıranların ilk 10-luğunda isə 7 ABŞ şəhəri - Honolulu (+46 yer), Hyuston (+31 yer), Mayami (+24 yer), Pittsburq (+22 yer), Çikaqo (+21 yer), Minneapolis (+19 yer) və Boston (+18 yer) var. İspaniyanın Madrid (+25 yer) və Barselona (+22 yer) şəhərləri də ən çox irəliləyənlər siyahısındadır.
Qiymətləndirmə beş əsas meyara görə aparılıb: sabitlik, daha yaxşı səhiyyə xidmətləri, təhsil, mədəniyyət və əraf mühit və infrastrukturun səviyyəsi. Yaşamaq üçün “ən yaxşı” və “ən pis” şəhərlərin ilk 10-luğunun siyahısını təqdim edirik.
Ən yaxşı şəhərlər
1-ci yer - Aukland, Yeni Zelandiya
2-ci yer - Osaka, Yaponiya
3-cü yer - Adelaide, Avstraliya
4-cü yer - Vellinqton, Yeni Zelandiya
5-ci yer - Tokio, Yaponiya
6-cı yer - Pert, Avstraliya
7-ci yer - Sürix, İsveçrə
8-ci yer - Cenevrə, İsveçrə
9-cu yer - Melburn, Avstraliya
10-cu yer - Brisben, Avstraliya
Ən arzuolunmaz şəhərlər
1-ci yer - Karakas, Venesuela
2-ci yer - Douala, Kamerun
3-cü yer - Harare, Zimbabve
4-cü yer - Karaçi, Pakistan
5-ci yer -Tripoli, Liviya
6-cı yer - Algiers, Əlcəzair
7-ci yer - Dakka, Banqladeş
8-ci yer - Port Moresbi, Papua Yeni Qvineya
9-cu yer - Laqos, Nigeriya
10-cu yer - Dəməşq, Suriya
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)








