Bakıda "Jeep Renegade Trailhawk" avtomobilinin təqdimatı keçirilib
“Avtolux Azərbaycan” şirkəti daha yeni bir modelin təqdimatını keçirib.
Bu, "Jeep" markasının Bakıda ilk dəfə görünən "Renegade Trailhawk" modelidir.
Ənənəvi 7 bölməli radiator barmaqlığından tutmuş, əzəmətli görünüşünə qədər "Renegade" modelinin bir "Jeep" markalı avtomobil olduğu tamamilə aydındır. Fərqli yolları kəşf etmək üçün və ya şəhərdə əyləncəli gəzintiyə çıxmaq üçün tamamilə yeni "Jeep Renegade" modeli istismara hazırdır, işləmək əzmindədir və işləməyə qadirdir. Öz sinfində ən yaxşı salon həcmi və oturacaq vəziyyətlərinin çeşidi, o cümlədən yastı şəkildə qatlanan ön sərnişin oturacağı sayəsində "Renegade" modeli sizə öz dostlarınızı və əşyalarınızı istədiyiniz yerə aparmaq imkanı yaradır.
Təqdimatda çıxış edən “Avtolux Azərbaycan” şirkətinin direktoru İbrahim Əhmədov avtomobilsevərlərin bir "Jeep" markalı avtomobildə görmək istədiyi bütün cəhətlərin bu modeldə cəmləşdiyini bildirib.
"2,4 l həcmli mühərrikli və 9 pilləli avtomatik transmissiya ilə təchiz olunmuş "Renegade Trailhawk" özündə "Jeep" markasının ənənəvi üslubunu eləcə də yüksək texnologiyanı birləşdirir. Bütün bunlar şəhər üçün münasib olan nisbətən kiçik gövdəyə sığışır. Ümid edirəm ki, bu avtomobil həm xanımlarımızın, həm də bəylərimizin seçimi olacaq”, - deyə İ.Əhmədov vurğulayıb.
Şirkət direktoru sözlərinə görə, qiyməti 53 000 manat olan "Jeep Renegade" və “Avtolux Azərbaycan” şirkətinin təqdim digər avtomobilləri də kredit şərtləri ilə əldə etmək mümkündür: “Müştərilərimiz artıq ilkin ödəniş 20%, illik 17% olmaqla 5 il müddətinə olan kredit şərtləri ilə şirkətimizin təqdim etdiyi avtomobillərə sahib ola bilərlər”.
Qeyd edək ki, "Jeep Renegade Trailhawk" modelində fəal və passiv texniki və fiziki təhlükəsizlik cəhətlərinin silsiləsi, o cümlədən tam uzunluqda yan pərdə ilə birlikdə yeddi standart hava yastığı və toqquşma əsasında dizləri qoruyan hava yastığı təklif olunur.
Daha ətraflı məlumat almaq üçün Ü. Hacıbəyli, 57 ünvanında yerləşən rəsmi satış nümayəndəliyinə və ya 983 qısa telefon nömrəsinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)


















