“Rabitəbank”dan məcburi köçkün ailəsinə 65 min manat yardım!
İyunun 30-da 27-ci fəaliyyət ilini qeyd edən “Rabitəbank” ASC üçün 2020-ci il müstəsna il oldu. “Rabitəbank” ölkədə COVİD-19 virusu ilə bağlı tətbiq edilən karantin rejiminin şərtlərinə uyğun olaraq öz ad günündə artıq ənənə halını almış korporativ-hesabat tədbirini təxirə saldı. Lakin bununla yanaşı, “Rabitəbank” sözükeçən tədbirə sərf ediləcək vəsaiti Zəngilan rayonu, Məmmədbəyli kəndindən olan doqquz nəfərlik məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərf edərək bu ad gününü yaddaqalan etdi.
Doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayan “Rabitəbank” 29 iyunda Məmmədəmin Rəsulzadə qəsəbəsində məskunlaşmış doqquz nəfər üzvü olan Emiralıyev ailəsini sevindirdi. İllərdir, ev arzusunda olan Emiraliyevlər ailəsinə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Rabitəbank” tərəfindən ailəyə 65.000 AZN birdəfəlik maliyyə yardımı göstərildi. Zəngilan rayonunun Məmmədbəyli kəndindən olan böyük ailənin başçısı Emiralıyev Bilal Xanı oğlu “Rabitəbank”a bu təşəbbüsə görə minnətdarlığını bildirmiş, bu addımın nümunəvi mənəvi hərəkət olduğunu vurğulaşmışdır: “Böyükdən kiçiyə qədər, hər bir ailə üzvümüzün adından “Rabitəbank”a sonsuz təşəkkürümüzü bildiririk, bizi unutmadıqları üçün və səxavətliliyə görə çox sağ olun.”
“Rabitəbank” korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq 2020-ci ildə də aztəminatlı ailələrin həssas vətəndaş qruplarına rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atmaqdadır və bu addımlar gələcəkdə də davam edəcəkdir.
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)





