“Yapı Kredi Bank Azərbaycan”dan iki aztəminatlı ailəyə dəstək
(®️) “Yapı Kredi Bank Azərbaycan” yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə dəstək olmaq məqsədi ilə bir neçə aztəminatlı ailəyə biznes təşəbbüslərini həyata keçirmək üçün dəstək göstərmişdir. Belə ki, bank kiçik sahibkarlıq müəssisəsi qurmaq üçün aztəminatlı ailələrə lazım olan avadanlıqları alaraq onların öz müəssisələrini qurmasına təkan vermişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankı təşəbbüsü və Azərbaycan Banklar Assosasiyasının koordinasiyası ilə icra edilən bu korporativ sosial məsuliyyət proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Bu proqramın əsas məqsədi həmin ailələri kiçik biznes qurmaq, və ya mövcud biznesi genişləndirmək üçün tələb olunan texniki təchizatla təmin etməkdən ibarətdir. “Yapı Kredi Bank Azərbaycan” təməl dəyərlərindən biri olan korporativ sosial məsuliyyət prinsipini əsas götürərək, layihədə yaxından iştirak etməyə qərar vermişdir.
May ayının 27-də və 28-də Bank tərəfindən Rayon Məşğulluq Mərkəzləri tərəfindən irəli sürülən iki ailəyə müvqafiq olaraq un məmulatları və broyler sexinin qurulması üçün avadanlıqlar təqdim olunmuşdur.
Belə ki, Leyla Əhmədova üçün indiyə kimi ev şəraitində şirniyyat hazırlayaraq həyata keçirdiyi işini genişləndirərək, öz un məmulatları sexini qurması üçün lazımi avadanlıqlar alınmışdır.
Şəhid ailəsi Zöhrab Kərimovun isə ailəsinə məxsus həyatyanı sahədə broyler sexi qurması üçün texniki təchizata ehtiyacı var idi. Onun bu təşəbbüsünü gerçəkləşdirmək üçün Yapı Kredi Bank Azərbaycan lazım olan bütün avadanlıqları alaraq, Zöhrab Əkbərova təqdim etmişdir.
Məlumat üçün bildirək ki, bank növbəti aylarda bu fəaliyyətini davam etdirərək, daha bir neçə aztəminatlı ailələrin özünməşğulluğuna dəstək verəcəkdir. Növbəti aylarda daha bir neçə ailənin kiçik biznes idealarının reallaşmasına töhvə verəcəkdir.
Qeyd edək ki, ana səhmdarı Koç Holding (Türkiyə) və Unicredit (İtalya) olan Yapı Kredi Bank Azərbaycan Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)








.jpg)








