Daxili turizmin inkişaf mexanizmi işlənib hazırlanacaq
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə videokonfrans keçirilib.
AZTA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, məhsuldar keçən iclasda Assosiasiya nümayəndələri pandemiya dövründə Azərbaycan turizminin mövcud vəziyyəti, həmçinin, karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs etdilər.
Özəl sektorun nümayəndələri təmsil etdikləri turizm müəssisələrinin mövcud problemləri və cari vəziyyəti haqqında məlumat verdilər, vəziyyətdən çıxış yolları üçün təkliflər səsləndirdilər. Qərara alındı ki, bütün turizm qurumlarının səyi ilə yaxın günlərdə daxili turizmin fəaliyyəti və inkişaf perspektivlərinin dəqiq mexanizmi işlənib hazırlanacaq və müvafiq qurumlara və ictimaiyyətə təqdim olunacaq.
Yuxarıdakıları nəzərə alaraq görüşdə iştirak edən qurumlar arasında Assosiativ Tərəfdaşlıq haqqında Memorandum qəbul edilmişdir. Memorandumun əsas məqsədi vahid platformadan çıxış edərək bütün səyləri bir araya gətirib, turizm qurumları arasında qarşılıqlı, səmərəli və faydalı əməkdaşlığı inkişaf etdirmək, turizmin inkişafında vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığını yüksəltmək, hər bir qurumu təmsil edən mütəxəssislərdən ibarət “beyin mərkəzinin” yaradılması, zəruri layihələrin birgə işlənməsi, ölkənin turizm potensialının üzə çıxarılması və təbliği kimi məsələlərdir.
AZTA idarə heyətinin sədri Əhməd Qurbanovun moderatorluğu ilə keçirilən iclasda Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, Skal International Baku - nun prezidenti Ceyhun Aşurov, (DAİR) Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndi, Azərbaycan Ekoturizm Assosiasiyasının təsisçisi İsrafil Aşurlu, “ Ekskursiya - bələdçisi ” Klubunun sədri Samirə Quliyeva, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin İdarə Heyətinin Sədri Zurab İsrafilov, “ Kənd Yaşıl Turizminin İnkişafına Dəstək ” İctimai Birliyinin Sədri Qəhrəman Yusupov, “ İctimai iaşə sahəsində maarifləndirmə ” İctimai Birliyinin Sədri İldırım Musayev, Turizm eksperti və DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin üzvləri h.f.d. Dinara Ağaliyeva, Rəmiş Quliyev, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin üzvü c.f.d Vüqar Dərgəhov və digər turizm mütəxəsisləri iştirak ediblər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















