“Unibank”ın gəlirləri 100 milyon manatı aşıb - BANK ÖTƏN İLİN RƏQƏMLƏRİNİ AÇIQLADI
“Unibank” KB ASC 2019-cu ili 78 milyon 567 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə Bankın xalis mənfəəti 2,6 dəfə artıb. “Unibank” 2018-ci ili 30 milyon 300 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” “Unibank”ın Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun, lakin audit edilməmiş hesabatlarına istinadən xəbər verir ki, ötən il “Unibank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 107 milyon 694 min manat, cəmi faiz və qeyri-faiz xərcləri 107 milyon 889 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 195 min manat əməliyyat zərəri yaranıb. Lakin əvvəlki dövrlərdə ehtiyatdan 78 milyon 863 min manatın azad olması həm əməliyyat mənfəətinin bağlanmasını, həm də 78 milyon 567 min manat xalis mənfəətin yaranmasını təmin edib. Ötən il “Unibank” 100 min manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, dövlətin dəstəyi ilə əhalinin 10 min dollaradək olan kredit borclarının ödənilməsi banklarda, o cümlədən “Unibank”da gecikmədə olan kreditlərin azalmasına və bu məqsədlə yaradılmış ehtiyatın bir hissəsinin azad olmasına səbəb olub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə ehtiyatdan gəlir nəzərə alınmadan “Unibank”ın cəmi gəlirləri 90 milyon 732 min manat, cəmi xərcləri isə 84 milyon 204 min manat, əməliyyat mənfəəti isə 6 milyon 528 min manat təşkil etmişdi. Ehtiyatdan 23 milyon 815 min manatın geri qayıtması hesabına mənfəət 30 milyon 300 min manata yüksəlmişdi.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixində “Unibank” 833 milyon 654 min manat cəmi aktivlərə malik olub. 30 Dekabr 2018-ci il tarixində “Unibank” 693 milyon 877 min manat cəmi aktivlərə malik idi. Beləliklə, ötən il Bankın cəmi aktivləri 139 milyon 777 min manat və ya 20,1% artıb.
2018-ci illə müqayisədə 2019-cu ildə “Unibank”ın müştərilərə verdiyi kreditlər 62 milyon 884 min manat və ya 16,2% artaraq 450 milyon 537 min manata yüksəlib.
Ötən il müştəri hesabları (depozitlər) 82 milyon 965 min manat və ya 17,7% artaraq 550 milyon 216 min manata çatıb.
31 Dekabr 2019-cu il tarixində “Unibank” 80 milyon 202 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
8 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























