Neftin qiyməti martdan bəri ilk dəfə 80 dollardan aşağı düşdü: bazarlar Hörmüz boğazının tam açılacağına ümid edir
Brent neftin qiyməti çərşənbə axşamı martın əvvəlindən bəri ilk dəfə 80 dollardan aşağı düşüb.
Marja xəbər verir ki, buna səbəb ABŞ-İran sülh razılaşmasının yekunlaşacağı, nəticədə Hörmüz boğazının yenidən açılacağı və neft tədarükünün normal səviyyəyə qayıdacağı ilə bağlı gözləntilərin artmasıdır.
Bakı vaxtı ilə saat 00:05-də Brent markalı xam neft fyuçersləri 4,1% ucuzlaşma bir barel üçün 79,79 dollara ticarət olunub. Bu səviyyələr sonuncu dəfə fevralın sonunda ABŞ-İsrailin İrana qarşı birgə hücumunun başlanmasından qısa müddət sonra qeydə alınmışdı. ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam neft isə 4,6% ucuzlaşaraq bir barel üçün 77,04 dollara enib.
Bazar ertəsi ABŞ və İranın atəşkəsin daha 60 gün uzadılacağını və Hörmüz boğazının açılmasını nəzərdə tutan ilkin razılaşmanı elan etmələrindən sonra neft təxminən 5% ucuzlaşmışdı.
Kəskin satış dalğası Körfəz münaqişəsi dövründə neft qiymətlərində formalaşmış geosiyasi risk əlavəsinin böyük hissəsini aradan qaldırıb. Nəticədə Brent və WTI martdan bəri ən aşağı səviyyələrdə qərarlaşıb. Bazarların diqqəti indi razılaşmanın icra müddətinə və neft ixracının nə qədər tez normal səviyyəyə qayıda biləcəyinə yönəlib.
Vaşinqton və Tehran cümə günü İsveçrədə döyüşən tərəflər arasında anlaşma memorandumu adlandırılan sənədin rəsmi imzalanması üçün görüşməlidir. Prezident Donald Tramp fevralın sonlarında münaqişə başlayandan bəri faktiki olaraq bağlı qalan Hörmüz Boğazının cümə günü “tamamilə açılacağını” bildirib. O, həmçinin boğazın artıq “qismən açıldığını” da qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
10 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
16 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
24 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 32 d. əvvəl
- 33 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 39 d. əvvəl
-
42 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 45 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq

























