Tanınmış mağaza: “Ağıllı” kassalar xidmət sürətimizi artırıb”

(®) 20 ildən artıq tarixçəsi olan və dünyanın 47 ölkəsində fəaliyyət göstərən LC Waikiki bu gün Azərbaycanda da uğurlu faəliyyətini davam etdirir. Daha çox insana xidmət göstərə bilmək üçün ölkə üzrə mağaza şəbəkəsini ildən ilə genişləndirir. Əslində dəb hamı üçün münasib olmalı, kiçikdən böyüyə hər bir insan bu tələbatını rahat qarşılaya bilməli, gözəl, zövqlü, dəb trendlərinə uyğun geyimlər hər kəsə əlçatan olmalıdır. LC Waikiki-də qadınlar, kişilər, eləcə də uşaqlar üçün müxtəlif üslubda və geniş çeşidli geyimlər, ayaqqabılar və aksesuarlar əldə etmək mümkündür. LC Waikiki münasib qiymətlər, əlvan rəngli və maraqlı dizaynda olan məhsullar və yüksək səviyyəli xidməti ilə insanlar arasında böyük rəğbət qazanıb və ölkəmizdə ən populyar geyim mağazalarından birinə çevrilib.
LC Waikiki mağazaları gün ərzində minlərlə insana qulluq edir. Sözsüz ki, çox geniş bir müştəri kütləsinə yüksək səviyyədə xidmət göstərmək o qədər də asan iş deyil. Çoxsaylı istehlakçı müraciətlərinə layiqincə tab gətirmək, eləcə də personalın işini yüngülləşdirmək məqsədilə LC Waikiki mağazalarında yeni nəsil kassa cihazları quraşdırıldı. LC Waikiki-nin region üzrə koordinatoru Bağtu Tosun smart kassaların üstünlükləri barədə danışdı.
“LC Waikiki insanların gündəlik həyatına rahatlıq verəcək sadə və rəngarəng geyimlər təklif edir. Həmçinin, biz istəyirik ki, hər bir alıcımız dükanımızı məmnuniyyət hissi ilə tərk etsin. Bunun üçün mağazalarda servisin optimallaşdırılması istiqamətində müəyyən işlər görülür. Rahatlığa üstünlük verən müştərilərimizə daha da yaxşı xidmət göstərmək məqsədilə şöbələrimizə yeni nəsil “ağıllı” kassalar quraşdırıldı. Bu kassalar bizə xidmət sürətini artırmağa və beləliklə qısa müddət ərzində daha çox müştəriyə xidmət göstərməyə imkan yaratdı. Eyni zamanda da bu kassalar özündə POS terminal, kassa aparatı, uçot sistemi və bir sıra digər funksiyaları birləşdirir ki, bu üstünlüklər bizə fəaliyyət çevikliyini təmin edir. Son vaxtlar, yeni il bayramının gəlişi və xarici turistlərin ölkəmizə səyahət etmələri ilə əlaqədar mağazamızı ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Yeni nəsil cihazlar sayəsində kassa yükünün xeyli azalmasına nail olub, müştərilərimizə daha operativ şəkildə xidmət göstərə bilirik. Bununla biz alıcıları məmnun edə və onların rahatlığını təmin edirik. Həmçinin, smart kassalar anbar uçotu sistemini dəstəkləyir ki, bu funksiya vasitəsilə malların və qiymətlərin siyahısını dərhal əldə etmək olar. Bu öz növbəsində işçi personalının fəaliyyətini yüngülləşdirir və xidmətin daha da sürətləndirilməsinə təkan verir. Qeyd edim ki, smart kassalar LC Waikiki mağazalarına Kapital Bank-ın dəstəyi ilə tam ödənişsiz şəkildə quraşdırılıb. Bir sözlə, həm rahatlığına, həm funksionallığına görə Kapital Bank-ın smart kassalarını bütün sahibkarlara tövsiyə edirik”, - deyə, Bağtu bəy bildirib.
Qeyd edək ki, LC Waikiki geyim mağazaları şəbəkəsində BirKart ilə taksitlə alış-veriş etmək mümkündür. İstənilən malın qiymətini bərabər hissələrə bölərək, müvafiq olaraq 2, 3, 6 və ya 12 ay ərzində ödəmək olar. Bu zaman malın dəyərinə heç bir əlavə faiz və yaxud komissiya tətbiq olunmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 d. əvvəl
-
26 d. əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
52 d. əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
2 saat əvvəl
Bank "BTB"nin Müşahidə Şurasının tərkibi haqqında məsələ müzakirə ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
Son Xəbərlər

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək
Ən çox oxunanlar

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
