“METAK" investorlara təklif ediləcək - SAZİŞ İMZALANDI
“METAK MMC” kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb edəcək. Bu səhmlərin ilkin kütləvi təklifi (İPO) şəkilndə də ola bilər.
METAK MMC Bakı Fond Birjasının təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş “Listinq Məsləhət Proqramı”na qoşulmuşdur.
"Marja" xəbər verir ki, bu münasibətlə, 28.03.207-ci il tarixində BFB-də BFB-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Vüqar Namazov və METAK MMC-nin icraçı direktoru Aydın Kərimov tərəfindən “Listinq Məsləhət Proqramı” (LAP)-na qoşulma haqqında saziş imzalanmışdır.
Sazişə əsasən “METAK” MMC kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə LAP çərçivəsində təqdim edilən ödənişsiz məlumat və məsləhət xidmətlərindən istifadə edəcəkdir. Hazırda şirkətin LAP çərçivəsində Azərbaycan kapital bazarlarından maliyyələşmə üzrə yol xəritəsi hazırlanır.
LAP-na qoşulma haqqında saziş imzalandıqdan sonra, METAK MMC Bakı Fond Birjasında ticarətin başlanmasını simvolizə edən növbəti açılış zənginin iştirakçısı olmuşdur.
BFB-nin Listinq Məsləhət Proqramı 2014-cü ildən etibarən həyata keçirilir. Proqramın məqsədi kapital bazarı vasitəsi ilə maliyyələşməni təşviq etmək, LAP tərəfdaşları ilə birgə şirkətlərə bu sahədə zəruri maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr istiqmətində məlumat – məsləhət xidmətləri göstərməkdir. LAP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LAP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.
BFB-nin LAP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.
METAK MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğul olan, 20 illik təcrübəyə malik şirkətdir. Şirkətin ümumilikdə 2500-ə yaxın məhsul çeşidi mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
6 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
























