Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb

SpaceX-in birja debütündən sonra açıq bazarda səhmlərini alan orta statistik investor ucuzlaşma səbəbindən əldə etdiyi gəlirin demək olar ki, hamısını itirib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb. Bununla da şirkətin rekord göstəricilərlə baş tutan ilkin kütləvi təklifindən (IPO) sonra müşahidə olunan ilkin bahalaşmanın ardınca son üç tam ticarət günü ərzində davam edən satış dalğası daha da dərinləşib.

Marja xəbər verir ki, İlon Maskın kosmos və süni intellekt sahəsində fəaliyyət göstərən şirkəti iyunun 12-də baş tutan iri həcmli birja debütündən sonra dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilib. Həmçinin irihəcmli IPO Maskı dünyanın ilk trilyonçusuna çevirib.

Şirkət səhmlərini hər birini 135 dollardan təklif etmişdi. SpaceX səhmləri ticarətə hər səhm üçün 150 dollar qiymətlə başlamışdı. 16 mayda şirkətin birjada səhminin qiyməti 201,80 dollaradək yüksəlmişdi. Hazırda SpaceX səhminin qiyməti 156.80 dollardan ticarət olunur.

İlk ticarət günlərindı SpaceX-in  səhmləri kəskin bahalaşmış, şirkətin bazar kapitallaşması Amazon-u və qısa müddətə Microsoft-u geridə qoymuşdu. Lakin sonradan kapitallaşma yenidən hər iki şirkətin səviyyəsindən aşağı düşüb.

Optimist investorlar Maskın SpaceX-də uzunmüddətli gəlirlilik yaratmaq potensialına böyük ümid bəsləyirlər. Şirkət 2025-ci ildə 4,9 milyard dollar xalis zərər açıqlayıb, bu ilin birinci rübündə isə 4,28 milyard dollar zərər edib.

Lakin SpaceX-in birja debütündən sonra açıq bazarda səhmlərini alan orta statistik investor ucuzlaşma səbəbindən əldə etdiyi gəlirin demək olar ki, hamısını itirib.

Səhmlər ötən həftə çərşənbə və cümə axşamı müvafiq olaraq 5 faiz və 3,6 faiz ucuzlaşıb. Cümə günü isə ABŞ-da Juneteenth bayramı ilə əlaqədar ticarət keçirilməyib. Bazar ertəsi daxil son üç ticarət günü ərzində SpaceX səhmləri ümumilikdə təxminən 24 faiz dəyər itirib.

İş elanları AzVak.az-da

23.06.2026 08:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19